VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS cümə gününün - 19 oktyabr tarixinin qoroskopu təqdim edir:

Qoç
- Bu gün çox işləmək lazım gələcək, lakin bu, sizi qorxutmayacaq. Bir neçə məsələni eyni vaxtda həll etmək imkanınız var. Düzgünlük və səmimilik danışıqlarda qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün köməkçi olacaq. Yaxınlarınız sizi dəstəkləməyə hazırdırlar, bu səbəbdən hətta ən cəsur ideyalarınızı da onlarla bölüşün. Təşəbbüslər göstərmək, köhnə münasibətlərin bərpası və romantik görüşlər üçün uyğun bir gündür.

Buğa - Sakit və harmonik bir gündür. Bu gün tər töküb işləmədən hadisələrin gedişini izləmək olar. Sizin səmimiliyiniz diqqətdən kənarda qalmır. Bu gün sizi dəstəkləyən insanları tapmaq çətin olmayacaq. Bu gün əyləncə, kübar məclislərinin ziyarəti və aktiv istirahət üçün münasib bir gündür. Həyat potensialınız olduqca yüksəkdir. Bahalı hədiyyələr və uğurlu alış-verişlər də ola bilər.

Əkizlər - Bu gün həddən artıq uğurlu olacağı vəd olunur. Bir çox işlərin öhdəsindən gələ bilirsiniz və siz bunu gözəl başa düşürsünüz. Həyat eşqiniz və nikbinliyinizlə ətrafdakıların rəğbətini qazana bilirsiniz. Gün nüfuzlu şəxslərlə görüşlər üçün də münasibdir. Bununla yanaşı, şəxsi məsələlərə də vaxt ayırmaq lazımdır. Öz arzularınızı bəyan etməkdən çəkinməyin. Bu, uğura doğru ilk addımınız olacaq.

Xərçəng - Yaxşı gündür. İşləmək əvəzinə düşünməyə və xəyallara üstünlük verməyin. Fəaliyyətinizə bir qədər ara verin, amma istirahət uzun çəkməsin. İşgüzar səfərlər üçün əlverişli vaxtdır. Evdən uzaqda əlverişli alış-veriş edə bilərsiniz. Qohumlarınız arasında bir şəxsin təcili yardıma ehtiyacı var. Köməyinizi əsirgəməyin. Məsləhətlərin sayını artırmayın. Əks təqdirdə ətrafınızdakı şəxslərdə qıcıq yarada bilərsiniz.

Şir - Diqqətli olun, sayıq davranın. Yaxınlarınızdan biri ilə münasibətlərdə problemlərin formalaşması istisna deyil. Mübahisəli məsələlərdə qarşılıqlı anlaşmaya nail olun. Mühüm söhbəti daha əlverişli saydığınız vaxtadək ertələməyin. Önəmli görüş və ya danışıqlar ola bilər. Yaxın ətrafınızdakı insanlarla ünsiyyətdə intonasiyanın xüsusi əhəmiyyəti var. Bədgüman və şübhəli olmayın. Neqativ sözlər durumu daha da ağırlaşdıra bilər.

Qız - Uğurlu gün deyil. Cəhdləriniz və əməyinizin məhsuldarlığı planlarınızın reallığından asılıdır. Diqqətli olun, emosiyalara qapılmayın. Yaxın ətrafınızdakı insanlardan biri etimadı doğrultmaya bilər.Rutin işlərdən usanma, yaradıcılıq durğunluğu da istisna deyil. İşgüzar sənədlərdə, yazışmalarda kobud səhvlərə yol verməyin. Eyni vaxtda bir neçə işə başlamağa çalışmayın. Əks təqdirdə ifrat yorğunluğa qapıla bilərsiniz.

Tərəzi - Yaxın ətrafınızdakı insanların istəklərini anlamağa cəhd göstərin. İşgüzar tərəfdaşınız və ya həmkarınızın əhvalı pis ola bilər. Ona görə də soyuqqanlı davranmağınız gərəkdir. Münasibətləri gərginləşdirməyin. Danışıqlar və ya söhbət əsnasında problemli mövzuların təhlilinə başlamayın. Sevdiyiniz insanla ünsiyyətdə diqqətli, səbrli olun. Güzəştə meylli insan təsiri bağışlayın.

Əqrəb - Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın.Peşəkar etiketin tələblərinə diqqətlə yanaşın.işgüzar prosesi poza biləcək addımlar atmayın. Gərəkli korrektivlərdən, zəruri düzəlişlərdən yayınmayın.Hansısa sənədin dəqiqləşdirilməsinə, təcili müzakirəyə ehtiyac duyulur.

Oxatan - Faydalı məlumat əldə etməyə can atın. İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Fərqli təmaslar riskli olsa da, qısamüddətli avantüraya başlamaq olar. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Fərdi seçimdə dürüst olun.

Oğlaq - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Variantları arayın, rieltorlarla görüşün, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın.Təməl prinsipləri qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin.

Dolça - Yaxın insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların mənsubları ilə əməkdaşlığa başlamaq olar. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun.

Balıqlar - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Elektron servislərdən istifadə edin. Alış-verişə yollananda nə alacağınızı dəqiq bilin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər.

BAKU.WS