VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS 18 oktyabr tarixinin qoroskopunu təqdim edir: 

Qoç
- Düşünülməmiş qərarlar verməyin. Peşəkar fəaliyyət sahəsində yarana biləcək problemlərin həllində yaradıcı davranış sərgiləyin.Pozitiv olun. Ruhdan düşməyin. Çətinliklərin öhdəsindən daha sürətlə gələ bilərsiniz. Tapşırıqları vaxtında yerinə yetirin. Yaxınlarınızdan biri ilə axşam saatlarında görüş yaxşı nəticələr verə bilər. Normal istirahət edin.

Buğa - Ciddi işləri və ya önəmli görüşü təxirə salmayın. Mürəkkəb gün olsa da, təmkinli davranın, soyuqqanlı olun. Maliyyə məsələlərinin həlli ilə məşğul olmaq mümkündür. Gördüyünüz işin perspektivlərini tərəfdaş və ya əməkdaşla müzakirə edə bilərsiniz. Maraqlandığınız işlə məşğul olun. Mənfi təmayüllərin təsiri güclənəcək. Yaşlı qohumlarla fikir ayrılığı istisna deyil.

Əkizlər - Xasiyyətinizin ən yaxşı məqamları bu gün daha qabarıq görünəcək. Bu gün hamının xoşuna gələcəksiniz. Lakin bu gün rəğbət bəslədiyiniz adamların bəzilərinin az sonra sizə xəyanəti istisna deyil. Analitik işlər, hesabatlar, düşüncə üçün əlverişli gündür. Bu gün çoxlu orijinal ideyalarınız var. Onların heç olmasa, birinin reallaşmasına yaxınlarınızı, tanışlarınızı və dostlarınızı cəlb edin. 

Xərçəng - Əhvalınız yaxşı olacaq. Bədbinliyə qapılmayın, şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın. Yaxınlarınız və ya qohumlarınızdan birindən xoş xəbər ala bilərsiniz. Bələd olmadığınız insanlarla ünsiyyətdə nəzakətli davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla yazışma pis keçməyəcək. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Şir - Maraqlı və pozitiv gündür. Uzaqdan yaxşı xəbərlər alacaqsınız. Tərəfdaq və ya şərikdən cazibədar təklifin alınması istisna deyil. Karyeranızda inkişaf da mümkündür. Təhsil, biliklərin artırılması, təcrübənin genişləndirlməsi üçün əlverişlidir. Sevdiyiniz insandan kənardasınızsa, aktiv təmaslarda olun. Axşam saatlarında yeni tanışlıq ola bilər.

Qız - Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdən asılıdır. Müzakirə edilən məsələlərlə bağlı fikirlərinizi paylaşanda diqqətli olun. Qarşı tərəfin mövqelərini nəzərə alın. Gərəkli insanlarla normal əlaqələr yaratmağa çalışın. İşdə həmkarların və rəhbərliyin dəstəyini ala bilərsiniz. Axşam saatlarını sevdiyiniz insanlarla keçirin.

Tərəzi - Ətrafınızdakı insanlarla qarşılıqlı anlaşmaya nail olun. Dialoqdan yayınmayın. İstənilən problemi emosiyaları gərmədən həll etmək olar. Müşavirələr, ünsiyyət, hüquqşünasla məsləhətləşmə üçün yaxşı zamandır. Sərfəli sövdələşmələrə nail ola bilərsiniz. Dövlət qurumlarının mənsubları ilə danışıqlarda diqqətli olsun.

Əqrəb - Yaxın ətrafınızdakı insanlarla münasibətlərdə harmoniyanın təşəkkül tapmasana çalışın. Həmkarlar, tərəfdaşlar, şəriklərlə ünsiyyət ön plana çıxacaq. İşdə rəhbərliklə müzakirələr aparın, lakin peşəkar etiketin tələblərinə riayət edin. İşgüzar prosesi poza biləcək addımlar atmayın. Hansısa sənədin dəqiqləşdirilməsinə ehtiyac duyulur.

Oxatan - İnformasiya axını intensiv olacaq. İrəliləyin, uğurlara nail olmaq üçün tərəfdaşlığı gücləndirin. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Bu gün verdiyiniz qərar gələcəyinizə müsbət təsir göstərəcək. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız.

Oğlaq - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Güvəndiyiniz insanların məsləhətlərini qulaqardına vurmayın. Prinsiplərinizi qoruyun. Önəmli məsələlərdə diqqətli davranın. Yaşam arealınızda qayda yaradın. Fərqli istiqamətlərdə sıçrayışları reallaşdırmaq üçün məqsədləri konkretləşdirin.

Dolça - Qarşılıqlı münasibətlərdəki anlaşılmazlıq inciklik və iradlar yarada bilər. Öhdəlikləri qulaqardına vurmayın. Diqqətli olun, səliqəli davranın. Evdəki situasiya nəzarətdən çıxmamalıdır. Dəyər verdiyiniz insanların mövqelərini mütləq şəkildə nəzərə alın. Yaxın ətrafınızdakı insanlarla münasibətləriniz nə qədər yaxşı olarsa, məqsədlərə o qədər tez çatarsınız.Axşam saatları romantika vəd etmir.

Balıqlar - Gün maraqlı, həyəcanlı olacaq. Xüsusilə səhər saatları yetərincə maraqlı olacaq. Fəaliyyət sahəsini və ya istiqamətini özünüz seçə bilərsiniz. İdeyalarınızı reallaşdırmaq üçün münasib zamandır. Mühüm işi yerinə yetirməyə başlayın, irəliləməyə, hədəfə çatmağa çalışın. Səfər üçün də pis gün deyil. 

BAKU.WS