Türkiyədə istehsal olunan “Divle Obruk” pendiri dünyanın bir çox ölkəsində süfrələrin ən dadlı nemətinə çevrilib.


BAKU.WS xəbər verir ki, bu pendir Karamanda hazırlanır. Karamanda keçi və qoyun südündən hazırlanan pendir həm də çox çətin istehsal prosesi keçir.


Pendirin daha ləzzətli və keyfiyyətli alınması üçün onu fərqli coğrafi şəraiti olan Karaman meşəsindəki mağarada saxlamaq lazımdır. Həmin mağaza 36 metr dərinlikdə, 250 metr uzunluğundadır. Mağaranın temperaturu və rütubəti isə hər saat dəyişkən olduğu üçün orada saxlanılan pendiri quzu dərisində qoyurlar.



Pendirin tutulması may ayından başlanılmalıdır. Dəriyə doldurulan pendir 5 ay saxlanılmalıdır. Pendir 5 aydan sonra tam hazır olur. Dəri isə 5 ay sonra qırmızı rəng alır.



Türkiyənin özündə belə həmin məhsul az tapılır. Çünki bu pendir ildə bir dəfə hazırlanır. Ancaq həmin mağarada hazırlandığı üçün onu ildə bir dəfə 45 ton istehsal edirlər. Çünki mağaranın tutumu 45 ton olur. Lakin Türkiyəyə bu pendirdən ildə 800 ton sifariş gəlir.


Bu səbəbdən də, təmiz “Divle Obruk” pendiri çox baha olur. Lakin dünyanın müxtəlif ölkələrində bu ad altında pendir satışına rast gəlmək olur. Alıcıların çoxu isə həmin məhsulların əslində “Divle Obruk” pendiri olmadığını bilmir.


Ziya SƏCCAD
BAKU.WS