SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 16 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Gərgin gündür. Gələcəklə bağlı planlar qurarkən tələskənliyə yol verməyin. İndinin özündəki vəziyyət tam aydın deyilsə, qərarlar çiy və natamam ola bilər.  Sirlərinizi faş etməyin. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə hədləri müəyyənləşdirin. Dost hesab etdiyiniz insanın hansısa əməli sizdə təəssüf hissi yaradacaq.

Buğa - Qarışıq gündür. Maneələri dəf etmək üçün var gücünüzlə çalışmalı olacaqsız. Xərcləriniz nəzərdə tutduğunuzdan artıq ola bilər. Hadisələrin nəzərdə tutduğunuz senari üzrə inkişaf etməməsi sizi məyus etməsin. Problemləər ötəridir. Önəm verdiyiniz insanın sevincini paylaşmağı unutmayın. Hisslərinizi aşkarlamaqdan çəkinməyin.

Əkizlər - Enerjili gündür. Fəaliyyət tempini qorumaq üçün aktiv çalışın. Bilik və bacarığınızı nümayiş etdirmək üçün bütün vasitələrdən yararlana bilərsiz. Lakin qaydaları pozmayın. Məntiqli olun. Yaxın ətrafınızdakı insanlarla münasibətləri sərinləşdirməyin. Emosiyalara qapılmayın. Dəyər verdiyiniz insanların maraqlarını mütləq şəkildə nəzərə alın. Əks təqdirdə axşam saatlarına yaxın, ümümiyyətlə, tək qala bilərsiniz.

Xərçəng - Birgə fəaliyyət və fikir mübadiləsi üçün əlverişli gündür. Problemlərinizi güvəndiyiniz insana danışa bilərsiniz. Mənasız söhbətlərə qatılmayın. Müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin. Qeyri-ciddi insanlarla mükalimələrdən effekt gözləməyin.

Şir - Sürprizlərə hazır olun. Planlaşdırılmamış görüşlər, spontan təmaslar istisna deyil. Danışıqlar və müzakirələr nəzərdə tutduğunuz müddətdən artıq çəkə bilər. Ehtiyatlı, sayıq olun. Düşünülməmiş addımlar atmayın. Yaxın ətrafınızdakı insanları vədlərinə və şirnikləndirici təkliflərinə çox aldanmayın. Sizi aldatmağa, tələyə salmağa can atanlar var.

Qız - Riskli işlərə başlamayın. Emosiyaların təsiri altına düşərək düşünülməmiş addımlar atmayın. Soyuqqanlı və məntiqli davranın. Ayıq olun, başqalarının hərəkətlərinə diqqət yetirin. Tərəfdaşlarla münasibətlərdə diqqətli olun. Axşam saatlarını evdən kənarda keçirməyə hazır olun. Xərclər arta bilər. Əyləncə və istirahət zamanı deyil, məqsədinizə çatmaq üçün aktiv çalışın.

Tərəzi - Ehtiyat tələb edən gündür. İnsanların gur olduqları məkanlara yollanmayın. Ən yaxşısı, əyləncə və istirahət planlarınızı bir qədər təxirə salın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün effektiv vasitələrə əl atın. Köhnə metodlar gözlənlən effekti verməyəcək. Şəxsi münasibətlərdə səbr nümayiş etdirin. Qısqanclıq münasibətlərinizə xələl gətirə bilər.

Əqrəb - Stabillik və sakitlikdən uzaq gündür. Əlavə işlər, qəfil tapşırıqlar istisna deyil. Yanlışlığa yol vermək istəmirsizsə, əməkdaşlıq edəcəyiniz insanları yoxlayın, sınaqdan keçirin. Vədlər verməzdən və ya sənədləri imzalamazdan əvvəl təhlil edin, təklifi araşdırın. Yeni layihəni təxirə salın. Vəziyyət kimin dost, kimin xoş münasibətə dəyməyən şəxs olduğunu göstərəcək.

Oxatan - Hisslərə qapılmayın. Adi günlərdən fərqli davranış nümayiş etdirməyin. Özünüzə qapanmayın. Yaxın ətrafınızdakı insanlardan birinin dediklərii xətrinizə dəyə bilər. Ani çətinliklərə hədən artıq önəm verməyin. Yaxın ətrafınızdakı insanlarla qısamüddətli anlaşılmazlıq yarana bilər. Bilin ki, istənilən maneəni dəf edə bilərsiniz. 

Oğlaq - Yeni laiyhələrin həyata keçirilməsi üçün əlverişli gün deyil. Bəzi məsələləri təxirə salmalı olacaqsız. Cari məsələlərin həlli ilə məşğul olun. Məqsəd və hədəfləri təftiş etmək olar. Dostlarla təmaslarda səmimi, amma diqqətli davranın. Onların hisslərini, istəklərini anlamağa çalışın. Yeni qüvvə, enerji istisna deyil. Maraqlandığınız məsələnin reallaşdırılmasına başlaya bilərsiniz.

Dolça - Emosional gündür. Çoxdan bəri yığılan işlər, hisslər və emosiyalar özünü büruzə verəcək. Hissləriniz dayanıqlı deyil. Kənar təsir planlarınızı alt-üst edə bilər. Qəfil addım, etiraf, yaxın insanla mühüm söhbət ola bilər. Əlavə işlərlə ifrat dərəcədə məşğul olmayın. İkinci dərəcəli işləri təxirə salın. Gözlənilməz hadisə, emosiyaların partlayışı gərginliyin kritik həddə çatdığını göstərir.

Balıqlar - İşlərin intensivliyini bir qədər azaldın. Təhlükəli dönəmdə diqqətli davranın. Bir sıra amilləri mütləq şəkildə nəzərə almalısınız. Eyni vaxtda bir neçə işlə məşğul olmalısınız. Seçimdə yanılmayın. Sənədləşdirmədə kobud səhvlərə yol verməyin. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. İstəklərinizi hər şeydən üstün tutmayın. 

BAKU.WS