SİZİN REKLAM BURADA!
055 213 76 73



Bakı Metropolitenində sərnişinlərə bayram abu-havası yaaştmaq üçün Yeni il sürprizi hazırlanır.

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin BAKU.WS-ə verdiyi məlumata görə, bir neçə gündən sonra metronun bir çox stansiyalarında Yeni il bayramının personajları görünə bilər. Yəni sərnişinlər Şaxta baba və Qar qızla rastlaşacaqlar.

Bundan başqa, metropoliten rəsmisi bildirib ki, qurum tərəfindən sərnişinlər üçün bəzi bayram sürprizləri də hazırlanır. Yaxın günlərdə sərnişinlər həmin yeniliklərlə tanış ola biləcəklər.

Ziya Səccad

BAKU.WS