VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS həftəsonunun - 14 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Səbr və təmkin tələb edən gündür. İşgüzar danışıqlarda vaxtından əvvəl təşəbbüslərlə çıxış etməyin. Qarşı tərəfi dinləməyə çalışın. Konkret məsələ ilə bağlı prioritetləri müəyyənləşdirin. Danışıqlarla müzakirədə məsələni tam nəzərdən keçirin. Şəxsi münasibətlərdə qısqanc davranmayın, kinli insan təsiri bağışlamayın. Sevdiyiniz insanın gözündən düşə bilərsiz.

Buğa - İntuisiyanın işlək deyil, məntiqinizə arxalanın. Qaydalara, situativ modellərə, təlimatlara əməl edin. Ağır və çətin şəraitdə ifrat dərəcə müstəqil olmağa can atmayın. Mövcud qaydalar çərçivəsindən kənara çıxmayın. Hisslərə qapılmayın. Sərf etdiyiniz enerji ilə gördüyünüz işin sonucları arasında ədalətli nisbət olmalıdır.

Əkizlər - İnformasiya axını intensiv olacaq. Faydalı məlumat əldə etməyə can atın. Oxuduqlarınızı və eşitdiklərinizi sistemləşdirin. Prioritetləri yeniləyin. Uzunmüddətli tərəfdaşlığa başlamaq olar. Yaradıcılıq atmosferanı genişləndirin. Yaxın qohumlardan və dostlardan biri ilə bağlı xoş xəbər alacaqsınız. Axşam romantik görüş və ya romantik söhbət gözlənilir.

Xərçəng - İşlərinizdə tərəqqiyə və yaxşı nəticələrə nail olmaq istəyirsinizsə, kollektiv fəaliyyətə üstünlük verin. Daşınmaz əmlak məsələləri ilə daha sıx və aktiv şəkildə məşğul olmaq olar. Variantları arayın, hüquqşünaslar və potensial alıcılarla, yaxud satıcılarla danışın, sənədləri hazırlayın. Prinsiplərizi qulaqardına vurmayın. Önəmli məsələlərdə diqqətli davranın.

Şir - Yaxın ətrafınızdakı insanlarla aktiv təmaslarda olun. Əlaqələri yeniləyin və aktivləşdirin. Hadisələrə təsir imkanlarına malik insanlarla müzakirələri səngitməyin. Yeni tərəfdaş və ya şəriklər arayın. Dövlət qurumları ilə yanaşı, qeyri-rəsmi strukturların və kommersiya təşkilatlarının mənsubları ilə əməkdaşlığa başlamaq olar. Önəm verdiyiniz insanı daha yaxşı anlamaq üçün diqqət mərkəzində olun. Kölgəyə çəkilməyin. 

Qız - Faydalı məlumatlar əldə etməyə can atın. Müqavilələri və sazişləri dəqiqləşdirin, ödənişlərdə və hesablamalarda diqqətli olun. Anlaşmaların mübahisəli məqamlarını təhlil edin. Seçimdə yanılmayın, nə istədiyinizə qərar verəndə astagəllik etməyin. Spontan addımlar yalnız zərər verə bilər.
Ailədəki situasiya stabil olacaq. Qarşılıqlı anlaşma daha aşkardır. 

Tərəzi - Günün ilk yarısında hücum taktikası seçməyin. Mümkün qədər təmkinli, ehtiyatlı davranın. Məqsədə çatmaq üçün gərəyindən artıq vaxt və qüvvə sərf etməyin. Hədəfə doğru aparan yolda ikinci şans olmayacaq. İmkanları real dəyərləndirin. Dəyər verdiyiniz insanla ünsiyyətdə aqressiv və sərt olmayın. Yaxınlarınız sizə yardım etməyə hazırdırlar.

Əqrəb - Ən müxtəlif işlərin yerinə yetirilməsi üçün münasib zamandır. Özünüzdən bədgüman olmayın. Qüvvə və potensialınıza şübhəniz olmasın. İndiyədək reallaşdırılmasını arzuladığınız məsələni gerçəkləşdirməyə başlayın. İradəli olun, əsla və heç bir halda geri çəkilməyin. Çoxdan bəri hazırladığınız planı həyata keçirməyə başlayın. Səhhətinizə fikir verin. Pəhriz barədə düşünün.

Oxatan - Saranmış situasiyanı diqqətlə təhlil edin. Arzulara və xəyallara qapılmayın, illüziyalar aləmində dolaşmayın. Baş verənlərə realist münasibət bəsləyin. Hadisələrin axarı sizdə narahatlıq yaradarsa, böhranlı durumu təcrübəniz hesabına çözə bilərsiniz. İstənilən problemi həll edə bilərsiniz. Məqsədi dəqiqləşdirin. Diqqətli olun.

Oğlaq - Çoxdankı rəqiblərlə münasibətlərin gərginləşməsi istisna deyil. Dostlar və ya qohumlardan birinin sizə qarşı ambisioz iddiaları var. Yaxın ətrafınızdakı insanların tələbləri ilə istəklərini nəzərə alın. Situasiya yeni problemlər yaradacaq. Etibar etdiyiniz insanla səmimi söhbət bir sıra məqamlara aydınlıq gətirəcək. Müəmmalı məsələlərin çözülməsində intuisiyanıza güvənin.

Dolça - Ünsiyyət və fəaliyyət üçün daha geniş sahəyə ehtiyacınız var. Uğurlarınızla qürrələnməyin, təvazökar olun. İnformasiya ilə işləmək, müzakirələr, təcrübə mübadiləsi üçün yaxşı zamandır. Hadisələrin axarı sizi təmin edirsə, proseslərə süni təkan verməyə can atmayın. Yaxın gələcəklə bağlı planları quranda praqmat olun. Həmkarlarınız və ya tərəfdaşlarınızla ümumi maraqlarınızı bir daha təhlil edin.

Balıqlar - İnsanlarla sıx və aktiv ünsiyyətdə olun. Yeni tanışlıqlar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız dostlarınızdan xəbər alacaqsız və ya görüşəcəksiz. Nisgilə qapılmayın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.

BAKU.WS