SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 13 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Bütün işlərlə müstəqil məşğul olun. Başqalarının yardımlarından istifadə etməyin. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi təxirə salın. Heç bir real səbəb olmadan həmkarlarla münasibətləri korlamayın. 

Buğa - Təmkinli davranın, emosiyalara uyaraq düşünülməmiş qərarlar verməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Hədəfləri təftiş etsəniz, real nəticələr əldə edəcəksiniz. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Səhhətinizə fikir verin.

Əkizlər - Məqsədlərinizə çatmaq üçün xeyli çətinlikləri dəf etməli olacaqsınız. Sədlər və maneələrin sayı artacaq. Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. İradlar çoxalacaq, tələbat güclənəcək. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Rəqibləri haqlayın və onları geridə qoyun. Qələbələr asan başa gəlməyəcək.

Xərçəng - Əsas məqsədə doğru aparan yolda qətiyyətlə irəliləyin. İşlər nə qədər artırsa, ödəniş və gəlirlərlə bağlı problemlər sizi daha çox narahat edəcək. Bilik və bacarıqlarınızı bilərəkdən az göstərməyə çalışmayın. Artıq heç nə istəməyin. Tələblərin zamanı deyil. İşdə rəhbərliklə mübahisə etməyin. Şəriklərin fikrini, tərəfdaşların mövqeyini qulaqardına vurmayın. 

Şir - Aktiv olun, rəqibləri üstələməyə çalışın. Çətin, həlli ağır təsir bağışlayan problemlərin çözülməsində təşəbbüs və qeyri-adi variantlar məsləhətli davranışdır. Yaxın ətrafınızdakı insanların dəstəyi sayəsində yaxşı nəticələr əldə edə bilərsiniz. Tanışlardan biri yardım təklif edəcək. Təklifi müsbət cavablandırın.

Qız - Yalan ümid və vədlərə aldanmayın. Əsas planınıza riayət edin. Səhər işə gedəndə evdəki elektrik əşyaların söndürüldüyünü yoxlayın. Gözlənilməz görüş, qəfil informasiya və ya həyəcan vəd edir. Qətiyyət və əminliyin çətinlik yaratdığı problemlər ünsiyyət, məsələlərinin müzakirəsi, ən pis halda yazışma ilə həll edilməlidir. 

Tərəzi - Gün uğur vəd edir. Pozitiv olun. Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. Əhvalınızdakı harmoniyanın pozulmasına imkan verməyin. Məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin. Problemlərin həllinə yaradıcı yanaşın.

Əqrəb - Yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Böyük fiziki və intellektual gərginlik tələb edən layihədə tələsmədən irəliləyin. Düşünülmüş addımlar atın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Romantik görüş üçün münasib zamandır.

Oxatan - Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün inamlı, inadlı və qətiyyətli olun. Səfər, səyahət, yazışma üçün əlverişli gündür. Məhkəmə olarsa, mövqelərinizi müdafiə edin. Dövlət qurumlarına baş çəkmək üçün münasib zamandır. Yaranacaq mübahisəli vəziyyətdə yalnız özünüzə güvənin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin.

Oğlaq - Dəqiqlik tələb edən gündür. Dəyərləndirmələrdə obyektiv, hesablamalarda dəqiq olun. Bilik və bacarıqlarınızı artırın. Günün ikinci yarısında müşkül vəziyyətdən çıxış üçün intizam gərəkdir. Emosional qərarlar verməyin, məntiqi unutmayın. Tapşırıqları vaxtında yerinə yetirin. Axşam saatlarında gəzintiyə çıxın.

Dolça - Diqqət mərkəzində olsanız da, özünüzü normal hiss etmək üçün nəyinsə çatışmadığını hiss edəcəksiniz. Nisgilə qapılaraq ötənlərdəki hadisələrin önəmini olduğundan artıq dəyərləndirməyin. Yazışmalarda, hesabatlarda diqqətli olun. Sizi narahat edə biləcək məlumat ala bilərsiniz. Axşam saatları yazışmalar, zənglər, səfər üçün əlverişlidir. Sevdiyiniz insanı unutmayın. Vaxtınızı şən və mənalı keçirin.

Balıqlar - Maraqlandığınız işlə mümkün qədər çox məşğul ola bilərsiniz. Ciddi yanaşma tələb edən məsələlər var. Fəaliyyətinizə maneələr yaradan məqamları sürətlə həll edin, sədləri aradan qaldırın. İmkanlardan tam yararlanın, təsadüflərə bel bağlamayın. Araşdırma və ya tədqiqatlarda uğur əldə edə bilərsiniz. Yaxın ətrafınızdakı insanlara qarşı ifrat iradlarla çıxış etməyin. 

BAKU.WS