SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə gününün - 10 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Pozitiv olun, uğurlu gündür.  Ən kiçik çətinlik və cüzi problemlər sizdə bədbinlik yaratmasın. İşlərdə zəhmətkeş olsanız, səyləriniz yaxşı nəticə verəcək. Günün ikinci yarısında məişət qayğıları vaxtınızı alacaq. Ailə üzvlərinin tələblərini nəzərə alın, deyilən sözləri qulaqardına vurmayın. Yardıma ehtiyacı olan insana kömək edin. 

Buğa - Yeni işlərə başlamazdan əvvəl əvvəlki işləri tamamən başa vurun. Yarımçıq qalmış işlər sizə əngəl yarada bilər. Düşünülmüş addımlar atın. Günün ikinci yarısında aramla çalışın, tələskənliyə yol verməyin. Köhnə əlaqələrin bəzilərini bərpa etmək mümkündür. Soyuqqanlı olun, amma laqeydlik etməyin. Axşam saatları romantik görüş üçün münasib zamandır.

Əkizlər - Əhvalınız yaxşı olacaq. Şərtlər əlverişlidir. Situasiyanı normal dəyərləndirməyə çalışın. Yaxınlarınız və ya qohumlarınızdan birindən xoş xəbər alacaqsız. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə ehtiyatlı davranın. İşgüzar müzakirə, diskussiya, elektron poçtla yazışma pis keçməyəcək. Axşam saatlarını sevdiyiniz insanla keçirin.

Xərçəng - Gərgin gündür. Qaydalar və qanunları pozmamağa çalışın. Hansısa hadisə sizdə narazılıq yaradarsa, emosiyalarınızı büruzə verməyin. Səbrsizliyiniz işdə həmkarlarla münaqişələrə səbəb ola bilər. Rəhbərliyin narazılığına səbəb olacaq addımlar atmayın. Bəzi planları təxirə salmalı olacaqsız.

Şir - Aktiv olun. Yeni tanışlıqlar sizi stereotipləri dağıtmağa vadar edə bilər. Çoxdan bəri əlaqə saxlamadığınız insanlarla təmaslara yenidən nəzər salın. Dəyər verdiyiniz insanla sərinləşmiş münasibətləri inkişaf etdirmək istəyirsinizsə, aktiv olun. Ötənləri geri qaytarmaq olmaz, amma kiçik səhvləri və yanlışlıqları bağışlamaq mümkündür.

Qız - Səbrli davranın, atacağınız addımları əvvəlcədən planlaşdırın. Ağır durumlarda neqativ hisslər sizi bədbinləşdirməsin. Yaşananlar sınaqdır. Dəyər verdiyiniz insanla münasibətlərdə sərinlik yarana bilər. Tərəfdaş və ya şəriklə birgə fəaliyyətdə iş bölgüsü prinsiplərini pozmayın. Emosional davranaraq sonradan ağır fəsadlara səbəb ola biləcək qərarlar verməyin.

Tərəzi - Danışıqlar və müzakirələr üçün əlverişli zamandır. Sənədləşdirmədə dəqiq olun, səhvlərə yol verməyin. Müstəqilliyə ifrat dərəcədə can atsanız, kobud müdaxilələrə rəvac verəcəksiniz. Hakim və ya vasitəçi rollarından birini oynamaq məcburiyyətində qala bilərsiniz. Tərəfdaşlarla münasibətlərdə nəzakətli davranın.

Əqrəb - İsrafçılıq etməyin. Mənasız eksperimentlər aparmayın, bütün qüvvənizi və diqqətinizi real məqsədlərə yönəldin. Yaradıcılıq layihəsinə başlamaq, yaxın perspektivin planlarını yeniləmək olar. Risk etməkdən qorxmayın. Bununla bahəm illüziyalara qapılmayın, xam xəyallara aldanmayın.

Oxatan - Maddi məqamlar, xidməti öhdəliklər çox vaxt aparacaq. Yaxın dostlardan biri və ya qohumun yardıma ehtiyacı ola bilər. Günün ikinci yarısında əsas yolla irəliləyin. Bütün işlərlə müstəqil məşğul olun. Əks halda artan gərginliyə dözməyə bilərsiniz. Həddən artıq güc və vaxt tələb edən işi ertələyin.

Oğlaq - Texniki, xidməti və məişət problemlərinin sayı artacaq. Qələbələr asan başa gəlməyəcək. İradlar çoxalacaq, tələbat güclənəcək. Haqlı olduğunuzu nəyin bahasına olursa-olsun göstərməyə çalışmayın. Başqasının fəaliyyət arealında ehtiyatlı davranın. Axşam saatlarında travma və ya mənəvi məğlubiyyət riski var.

Dolça - İşlərinizdə sayıq olun. Kənar təsirlərlə təzyiqlərə imkan verməyin. Qüvvənizi real qiymətləndirin. Potensialınıza ifrat nikbin nəzər salmayın. Kompleks və fobiyalarınızın sayını artırmayın. Əksinə, onların əksəriyyətindən qurtulmaq olar. Axşam saatlarında yaxın ətrafınızdakı insanlarla ünsiyyət xoş emosiyalar bəxş edəcək.

Balıqlar - İntensiv fiziki və ya intellektual fəaliyyət istisna deyil. Saatlar keçdikcə gərginlik daha da artacaq. İşdə rəqabət güclənəcək. Qarşıdurmaya hazır olun. Səbrli və təmkinli olun. Tənqidləri səbrlə dinləyin. Axşam saatlarında dostlarnızla birlikdə istirahət edin.

BAKU.WS