SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şərşənbə axşamının - 9 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Çətinliklər yaransa da, yaxşı gündür. Çətinliklər sizi zəiflətməsin. Şəraitə uyğunlaşın. Hadisələrə nikbin yanaşın. Ruh düşkünlüyünə qapılmayın. Yeni, maraqlı imkanlar yaranır. Şanslarınızdan yararlanın. Fürsəti fövtə verməyin. Günün ikinci yarısında böyük layihəyə və ya ağır sifarişin icrasına başlamaq məsləhət deyil. 

Buğa - Tənbəllik etməyin. Hüquqi məsələlərin həlli, sənədlərin hazırlanması, dövlət orqanları ilə bağlı işlərin yoluna qoyulması ilə məşğul olmaq olar. İri məbləğdə pul ala bilərsiniz. Hərəkətləriniz nüfuzunuzun artmasına, ətrafdakıların rəğbətini qazanmağınıza kömək edir. Bu gün tərəfdaşlarınız sizi yüksək qiymətləndirəcək və hörmət edəcəklər. 

Əkizlər - İşgüzar və enerjilisiniz. Vacib olan məsələlərə diqqət yetirir, ikinci dərəcəlilərə əhəmiyyət vermədən və vaxt itirmədən məqsədə doğru gedirsiniz. Emosiya və həyəcanlar çox olacaq, ancaq siz onları nəzarətdə saxlayır, sağlam düşüncə ilə hərəkət edirsiniz. Danışıqlar, istənilən məsələlərin müzakirəsi üçün münasib gündür.

Xərçəng - Sakit gündür, böyük hadisələr gözləməyə dəyməz. Yeni, irimiqyaslı layihələrin gerçəkləşdirilməsinə başlamaq məsləhət deyil. Onları reallaşdırmaq ilk baxışdan göründüyü kimi asan deyil. Günün ikinci yarısı ruh yüksəkliyinizlə seçiləcəksiniz. Yaxşı təsir bağışlamaq istədiyiniz bir adamla görüşməyin əsl vaxtıdır.

Şir - İşdə ciddi uğurlar qazanacaqsınız. Çox mürəkkəb məsələlərin öhdəsindən asanlıqla gələcəksiniz. Paxıllıq edənləriniz olacaq, amma zərər yetirməyə kimsənin hünəri çatmayacaq. İşgüzar ünsiyyət və nüfuzlu şəxslərlə təmaslar üçün əlverişli gündür. Yaxınlarınız sizə görə narahat olurlar, bəzən onların qayğıkeşliyi zəhlənizi tökür.

Qız - Şərait elə də yaxşı deyil. Sizi işgüzar fəaliyyətdən yayındıracaq proseslər yaşanacaq. Qaydalar çərçivəsindən çıxmayın. Strateji məsələnin həllində təfərrüatlara fikir verin. Sakitliyinizi və soyuqqanlılığınızı qoruyub saxlaya bilsəniz, bütün çətinliklərin öhdəsindən gələcəksiz. Yaxınlarınızla səbrli davranın, yalnız bu yolla münaqişədən qaçmaq olar.

Tərəzi - Ulduzlar sizdən aktiv olmağı tələb edir. Həmkarlarınızın öhdəsindən gələ bilmədikləri irimiqyaslı və mürəkkəb layihələri gerçəkləşdirəcək gücdəsiz. Günün ilk yarısından etibarən rəqiblərlə müqayisədə üstün mövqelərə malik olacaqsınız. Əlverişsiz vəziyyətdən asanlıqla çıxış yolu tapa bilərsiniz.

Əqrəb - Xoş gündür. Uzaq qohumlarınızdan gözəl xəbərlər ala bilərsiniz. Bu gün özünüzü nazlandıra bilərsiniz: çoxdankı bir arzunuz yerinə yetəcək. Az tanıdığınız insanlarla ehtiyatlı olun - lazım olmayan sözlərlə başınıza iş aça bilərsiniz. Axşamı ailə və məişət məsələlərinin həllinə sərf etməli olacaqsınız.

Oxatan - Əlverişli gündür. Maliyyə məsələlərini həll edə bilərsiz. Əgər işlərinizi sahmana salmaq lazımdırsa, bunları bu gün edin. Həmçinin ailə büdcəsinin planlaşdırılması ilə də məşğul ola bilərsiniz. Bu günün əsas uğurlarından biri işlərinizə məsuliyyətlə yanaşmağınızdadır. Ən xırda layihələrə diqqətlə yanaşıb, bütün imkanları dəyərləndirin.

Oğlaq - İşgüzar danışıqların aparılması, yeni tərəfdaşların axtarışı üçün əlverişli gündür. Maraqlı iş təklifi ala bilərsiniz, iş yerinizi dəyişmək ehtimalı da var. Özünüzün ən yaxşı keyfiyyətlərinizi üzə çıxarmaq üçün şansınız var. Rəhbərlik sizin ideyalarınızı dəstəkləməyə hazırdır. 

Dolça - Qarışıq gündür. Bu səbəbdən düzgün seçim etmək lazımdır. Ətrafınızda baş verənləri aydınlaşdırmaq üçün hadisələri müşahidə edin, intuisiyanızı dinləyin. Yaxınlarınızla münasibətləriniz elə də asan deyil. Soyuqqanlı və düşüncəlisiz, bu halınız emosional insanlarla aranızda ciddi fikir ayrılıqları yaradacaq.

Balıqlar - Özünüzə güvəniniz artıb, qətiyyətli və iradəlisiz. Yaradıcılıq planlarını reallaşdıra bilərsiniz. Problemlərin həllinə fərdi yanaşın. Günün ikinci yarısında rutin işlərdən usanmayın. Onları mütləq şəkildə çözmək gərəkdir. Həmişəkindən fərqli olaraq bir qədər risk etmək olar. Yeni layihəyə başlamayın.

BAKU.WS