SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 2 oktyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç
- Uğurlu gündür. Bu gün çox şeylər öyrənmək, çevrənizi genişləndirmək imkanınız olacaq. Zamanla əsl dosta çevriləcək insanla tanış olacaqsız. Gün müxtəlif müxtəlif sualların müzakirəsi üçün əlverişli gündür. Romantik əyləncə istisna edilmir. Yeni münasibətlərdə perspektivlər var. İllüiziyalar qurmursuz, hadisələrə real baxırsız və heç kimdən gözləntiniz yoxdur.

Buğa - Məhsuldar gündür. Yalnız özünüzə deyil, sizin üçün dəyərli insanlar üçün də çox faydalı işlər görəcəksiz. Çoxdan bəri marağınızda olduğunuz işlə məşğul olmaq şansı yaranacaq. Gün sərfəli alış-veriş və uğurlu sövdələşmələr vəd edir. Pulla bağlı məsələlərdə intuisiyanız sizi aldatmır. Məhz onun diqtəsi sizə əlinizdə maliyyəni düzgün idarə etməkdə və gəlirləri çoxaltmaqda kömək edir.

Əkizlər
- Bu gün çox şey əldə edəcəksiz. Qətiyyətlisiz və çətinliklərdən qorxmursuz, gələcəyə entuziazmla baxırsız. Yoxlanılmamış risklərdən qaçmağa çalışın və öz imkanlarınızı düzgün qiymətləndirin. Ulduzlar sizə qarşı xeyirxah olsa da, indi riskə getməyin zamanı deyil. Yeni müttəfiqlər tapmaq şansı yaranacaq.

Xərçəng - Çətin vəziyyət yaranacaq və onun araşdırılması sizdən xeyli vaxt tələb edəcək. Öz gücünüzü olduğundan artıq hesablamayın və istəklərinizi çevrənizə həqiqət kimi sırımağın. Əgər sözbət ciddi məsələdən gedirsə, risk etməməyə çalışın. Bu gün çox insanlar sizə can atacaq, sizin ideyalarınızla maraqlanaq. Lakin onların hər birini yaxın buraxmayın, təhlükə var.

Şir - həm iş, həm də digər faydalı işlər üçün ılverişli gündür. Prioritetləri düzgün seçin və diqqətinizini sizin üçün həqiqətən vacib olanın üzərində cəmləşdirin. Çoxlu maraqlı ideyalar gələcək. Dostlar və köhnə müttəfiqlər onların həyata keçirilməsində sizə həvəslə kömək edəcəklər. Hətta əvvəlcədən planlaşdırılmadığınız işgüzar səfərlər uğurlu alınır.

Qız - Gün qeyri-formal ünsiyyət, müttəfiq axtarışı üçün yararlıdır. Sizin istedad və biliyinizi layiqincə qiymətləndirən insanlarla görüş imkanı yaranacaq və imtina etmək istəmədiyiniz təklif alacaqsız. Maraqlarınızı və məqsədlərinizi bölüşən insanlarla birləşib, əməkdaşlıq barədə razılığa gələ bilərsiz. Dəstək alsanız, bütün şübhələr və həyacanları unudacaqsız. İşgüzar səfərdə maraqlı tanışlıqlar gözlənilir.

Tərəzi - Öz gücünüzə inanırsız və bütün çətinliklərin öhdəsindən gələcəyinizə şübhəniz yoxdur. Bu özgüvən bəzən problem yaradır; rəqiblərinizi düzgün dəyərləndirmirsiz, xeyir tapacağınız məsləhətləri qulaqardına vurursuz. Dostlarla fikir ayrılıqları istisna edilmir, qohumlarla da dil tapmaq çətinləşəcək. Ən yaxşısı, bu gün vacib məsələlərin həllini təxirə salın.

Əqrəb - İş və təhsil üçün uğurlu gündür. Dünyagörüşünüzü yetərincə genişləndirmək imkanı yaranacaq. Bu gün əldə etdikləriniz tezliklə gərəyiniz olacaq və sizə xeyir gətirəcək. İnsanlarda xoş təəssürat yaradacaqsız, bu da sizə cəsarətli fikirlərinizin reallaşmasında kömək olacaq. Ən yaxşısı, bir çox işgüzar danışıqları qeyri-formal şəraitdə müzakirə edin. Açıq söhbət çox şeyə aydınlıq gətirir.

Oxatan - İş və vacib məsələlər üçün əla gündür. Çətinliklər sizi hürkütmür, qətiyyətiniz isə bir çox problemlərin həllində kömək edir. Sizə maksimum xeyir gətirəcək uğurlu təsadüflər istisna edilmir. Başqalarının həyat təcrübəsini analiz edib, istifadə etmək üçün yaxşı gündür. Romantik davamı olacaq xoş tanışlıqlar və görüşlər mümkündür. Şəxsi münasibətlərdə inisiativ göstərməyə utanmayın.

Oğlaq - Ünsiyyət üçün uğurlu gündür. Həmfikirlər tapmaq şansı yaranacaq. Sizin ən cəsarətli ideyalarınızı dəstəkləyəcək insanlarla tanış olacaqsız. Yoxlanılmış müttəfiqlərlə birgə əməkdaşlıqlar barədə razılığıa gəlmək asandır. Hətta hansısa xırda fikir ayrılığı yaranarsa, ciddi münaqişəyə gedib çıxmayacaq. Gərgin münasibətlər gözə çarpacaq qədər yaxşılaşır. Planlaşdırılmamış pul gəlirləri mümkündür.

Dolça - Təmkininizi qoruyub saxlamaq vacibdir. Emosiyalarınıza hakim olmasanız və ya ötəri hisslərin təsiri altında vacib qərar qəbul etsəniz, ciddi səhvlər buraxa bilərsiz. Bub gün hər bir addımı atarkən yüz ölçüb, bir biçin. Hətta əhəmiyyətsiz addımlarınız gözəçarpacaq nəticələr verə bilər. Başqalarının problemlərini həll etmək və ya işi ilə məşğul olmaq gücündə deyilsiz. Bu vəziyyət öz işlərinə fokuslanmaq istəyən dolçaları qıcıqlandıracaq.

Balıqlar - Yetərincə gərgin gündür. Çox şey çətinliklə əmələ gəlir. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün qətiyyət nümayiş etdirməlisiz. İstənilən xırda anlaşılmazlığı ürəyinizə salırsız, tez-tez boş şeylərə görə narahat olursuz. Əgər prioritetləri düzgün qoysanız və diqqətinizi həqiqətən vacib məsələlərə yönəltsəniz vəziyyət yaxşılığa doğru dəyişə bilər. Başladığınız işdə dostlar sizə həvəslə kömək edirlər, maraqlı təkliflər verirlər. 

BAKU.WS