VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Maqnit qız sizin də diqqətinizi çəkəcək. 6 yaşlı qız həmyaşıdlarının edə bilmədiklərini edir.

BAKU.WS
Xəzər TV-yə istinadən xəbər verir ki, dəmir əşyalar və kağız bədəninə, əlinə yapışır.


Kağız, Qaşıq, çəngəl və digər dəmir əşyalar…


Bütün bunların hamısı 6 yaşlı maqnit qızın bədəninə yapışır...


Bu şəkilləri və qısa videonu qızın valideynləri çəkərək votsap nömrəmizə göndərmişdi. Diqqətimizi çəkən bu qızı Xırdalanda tapdıq..


Məlum oldu ki,valideynləri də qızın bu istedadından dünənə qədər xəbərsiz olublar.Dünən evdə oynayan qızın bu qeyri-adi bacarığını ilk qardaşı hiss edib.


Əlinə dəmir əşyalar yapışdıran qız qeyri-adi qabiliyətini nümayiş etdirir.


6 yaşlı Leylanın qardaşı bacısının istedadını hiss edən kimi dərhal atasına məlumat verib


Leylanın atası Zaur Qasımov deyir ki, qızının bu hərəkəti ona qeyri-adi gəlib.


Leylanın atasının sözlərinə görə, onlar ilk olaraq həkimə müraciət edəcək. Əgər ziyanlı bir şey olmasa, onlar qızlarına bu istedadını inkişaf etdirməsi üçün kömək edəcəklər.


Qeyd edək ki, Leyla Qasımova 1-ci sinif şagirdidir.


BAKU.WS