SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS cümə axşamının - 27 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gün şanslar və imkanlar yaradacaq. Yeni, faydalı əlaqələr qura biləcəksiz. Hadisələrə təsir imkanlarına malik insanlarla ünsiyyət qurun. Hisslərinzi hər kəsin yanında ifadə etməyin. Sizi düzgün anlamaya bilərlər. İşgüzar münasibətlərdə olduğu kimi, sevgidə də bəxtiniz gətirəcək. Axşam romantik abu-havada yarada bilərsiz.

Buğa - Məhsuldar gündür. Peşəkar fəaliyyətinizdə əlverişli məqamlar çoxdur. Bundan maksimum yararlanın. Ətrafınızdakı insanlarla ünsiyyət əhvalınızı yaxşılaşdıra bilər. İşgüzar müstəvidə qazandığınız uğurlar sizi qane etsə də, şəxsi həyatınızda baş verənlər qanınızı qaraldacaq. Üzülməyin, dünyanın axırı deyil.

Əkizlər - Gərgin gündür. Sadə problemləri süni şəkildə mürəkkəbləşdirməyin. Səbrli, təmkinli olun. Başınızı aşağı salıb, gündəlik problemlərin həlli ilə məşğul olun. Günün ikinci yarısında diqqət mərkəzində olacaqsınız. Fürsəti əldən verməyin. Şanslarınızı dəyərləndirin. Axşam saatlarında normal istirahət etməyə çalışın.

Xərçəng - Yaxşı gündür. İşləriniz pis getməyəcək. Çoxdan planlaşdırdığınız istəklərinizi bu gün həyata keçirə bilərsiz. Yarımçıq qalmış layihəni başa vurmağa çalışın. Aktivliyiniz, işgüzarlığınız rəhbərlik tərəfindən qiymətləndiriləcək. Sevdiyiniz insanla ünsiyyətdə kobudluğa yol verməsıniz, axşam saatları romantik hisslər vəd edir. 

Şir - Enerjiniz azalıb. Son günlər yaşadıqlarınız sizi mənən və cismən yorub. Problemlərin həlli barədə düşünməyə ara verin. Hər şey öz həllini tapacaq. Sağlamlığınızın qayğısına qalın. Enerjinizin bərpa olunmasını istəyirsizsə, bu aralar yalnız pozitiv insanlarla ünsiyyətə girin. Unutmayın, siz dərd dağarcığı və ya psixoloq deyilsiz. 

Qız - Hisslərə qapılmayın, emosional olmayın. İkinci dərəcəli saydığınız məsələləri qulaqardına vurmayın. Önəmsiz saydığınız məsələ, yaxın gələcəkdə sizə böyük problem yarada bilər. Başqalarının qayğısına qalarkən, özünüzü unutmayın. Axşam saatlarına yaxın əhvalınızda dəyişikliklər ola bilər.

Tərəzi - Enerjiniz çoxalıb. Uğur və şans sizinlə yanaşı addımlayacaq. Bu gün istənilən sahədə bəxtiniz gətirəcək. Yaxın gələcəklə bağlı planlarınızı müəyyənləşdirib, hərəkətə keçin. Uzunmüddətli müqavilələrə imza ata bilərsiz. Axşam saatlarında dəvətləri qəbul edin və məslislərə sevdiyiniz insanla bərabər qatılın.

Əqrəb - Çətin gündür. Çalışdığınız kollektivdə münasibətlərdə gərginlik yaranacaq. Ehtiyatlı olun, ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Yaxşı bələd olmadığınız işlərə başlamayın. Yeni tanışlarla ünsiyyətdə sayıq olun. Niyyət və istəklərinizi dəqiqləşdirin. Gərəksiz və mənasız hisslərdən qurtulun.

Oxatan - Azadlıq və müstəqillik hissləri sizi üstələyəcək. Hisslərinizi nəzarətdə saxlayın. Qaydalara riayət edin. Vəziyyəti düzgün qiymətləndirin.  Dəyər verdiyiniz insanların istəklərini də nəzərə alın. Sevdiyiniz şəxslə ünsiyyətinin daha maraqlı alınmasına can atın. Axşam saatlarını istirahətə həsr edin.

Oğlaq - Peşəkar fəaliyyət müstəvisində bilik və bacarıqlarınızı artırmağa çalışın. Əmək prosesini intensivləşdirmək üçün ideyalara ehtiyac var. Məhsuldarlığı artırın. Səhhətinizin qayğısına qalın. Yaxınlarınızdan birinin yardıma, köməyə ehtiyacı var. Qayğıkeş olsanız, münasibətlər inkişaf edəcək. Ancaq yaxşı şeylər barədə düşünün.

Dolça - Maliyyə uğurları istisna deyil. Biznes tərəfdaşlığını uğurla inkişaf etdirmək olar. Şəriklər və həmkarlarla münasibətlərdə əlaqələri aktivləşdirin. Bu gün imzalanacaq müqavilələr uzunmüddətli qazanc vəd edir. Şəxsi müstəvidə bir balaca narazılıqlar yaranmaması üçün ünsiyyətdə seçdiyiniz ifadələrə diqqət yetirin.

Balıqlar - Gün qarışıq hisslərlə müşayiət olunacaq. Qeyri-müəyyənliklər sizi düzgün yoldan sapındırmasın, şübhələrə qapılmayın. Qarşınıza qoyduğunuz məqsədə doğru inamla irəliləyin. Sirlərinizi dəyər verdiyiniz insanlarla bölüşməyi sevirsiz. Ulduzlar bu gün çevrənizdəki insanlarla ünsiyyətdə ehtiyatlı olmağı məsləhət görür.

BAKU.WS