VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS çərşənbə gününün - 26 sentyabrın qoroskopunu təqdim edir:

Qoç - Bu gün müsbət tendensiyaların təsiri güclü olacaq. Baş verənlər sizi qane edəcək. Hadisələrin axarı sizin xeyrinizədir və vəziyyəti nəzarət altına almaq gücündəsiniz. Gün sizin xeyrinizə olsa da, maliyyə məsələlərində ehtiyatlı olmalısız. Bədxərclikdən çəkinin. Şəxsi münasibətlərdə çoxdan gözlədiyiniz xoş anlar istisna deyil. Qarşılıqlı sevgi sizi göyün yeddinci qatına qaldıracaq.

Buğa - Enerjiniz, yaradıcılıq potensialınız və özünüzə inam yüksəkdir. Bu gün sizin üçün qeyri-mümkün heç nə yoxdur. Cəsarətli planlar qurmaqdan çəkinmirsiz. Lakin ulduzlar məsləhət görür ki, plan qurarkən real gücünüzü nəzərə alasız. Bu gün verəcəyiniz düşünülməmiş qərar sabah sizi çətinliyə sala bilər. Vacib məsələlərin müzakirəsi üçün münasib gündür.

Əkizlər - Mənfi tendensiyaların təsirini bütün sahələrində hiss edəcəksiz. Fikrinizi diqqət tələb edən işlərdə cəmləşdirmək çətindir. Bu üzdən nəsə vacib bir şeyi diqqətdən yayındıra, səhvlərə yoll verə bilərsiniz. Günün daha bir problemi ondan ibarətdir ki, yaxşı məsləhətlərə qulaq asmaq istəmirsiniz. Ulduzlar günü təmkinlə başa vurmağı məsləhət görür. 

Xərçəng - Gərgin gündür, sakitliyi qorumaqda çətinlik çəkəcəksiz. Emosiyaya qapılıb səhvlərə yol verməyin. Sonradan peşman olacağınız ifadələr işlətməyin. Belə etsəniz, sizi sevən insanlarla münasibətiniz korlana bilər. Xırda problemləri böyütməyin. Yeni tanışlıqlar üçün münasib gün deyil. Ən yaxşısı işdən sonra tənhalığa çəkilin. Belə etməklə bir çox problemdən yan qaça bilərsiz.

Şir - Təəssüf ki, bu gün mənfi tendensiyaların təsiri güclü olacaq. Siz yeni təəssüratlar və müsbət emosiyalar təşnəsindəsiniz. Yaxınlarınız sizə gözlədiyiniz diqqəti göstərməyəcəklər. Buna çox əsəbiləşəcəksiniz.İstənilən xırda şeyi ürəyinizə salır, boş şeylərə görə həyəcanlanırsınız. Fırıldaq qurbanı olmaq və ya bədxahlarınızın intriqası üzündən zərər çəkmək təhlükəsi var. Odla ehtiyatlı olun.

Qız - Qarışıq gündür. Çətin və dolaşıq işlərə girişməyin. Riskə getmək üçün münasib gün deyil. Təcrübəli insanların məsləhətlərinə əməl etməklə səhvlərdən yayına bilərsiz. Ətrafdakılarla harmonik münasibətləri qorumaq çətindir. Sevdiyiniz şəxsə qarşı qısqanclıq hissləri aranıza inciklik salacaq. Romantik görüşlər üçün əlverişli gün deyil.

Tərəzi - Asan gün deyil. Özünüzü sərt, demək olar ki, aqressiv aparırsınız. Mübahisələri güc yolu ilə həll etməyə meylli olacaqsız. Özünüzü ələ alın, bu, sizə xeyir gətirməyəcək. Sizinlə iş görmək çətindir. Bir çox düşünülməmiş hərəkətlərə yol verəcək və yəqin ki, sonra buna görə peşiman olacaqlar. 

Əqrəb - Uğurlu və məhsuldar gündür. Məqsədə çatmaq üçün göstərdiyiniz səylər və əməyiniz hədər getməyəcək. Yeni tanışlar etibarınızı asanlıqla qazanacaq, yaxınlarınızla çətinlik çəkmədən dil tapacaqsınız. Maliyyə məsələləri ilə məşğul olmaq tövsiyə olunmur. Yaxınlarınızla ünsiyyətdə yumşaq olmağa çalışın, öz iradənizi ətrafınızdakılara sırımağa cəhd etməyin.

Oxatan - Rahat gündür. Həm işgüzar, həm də şəxsi müstəvidə heç bir problemlə üzləşməyəcəksiz. Bir sözlə, işləriniz yağ kimi gedəcək. Bədxərclik etməyin. Min bir əziyyətlə qazandığınız pulu göyə sovurmayın. Yeni tanışlarınızla yaxşı təəssürat yaratmağa çalışarkən ciddi səhvlərə yol verə bilərsiniz. Sevdiyiniz insana zaman ayırın, aranızda soyuqluq yarana bilər.

Oğlaq - Günü əlverişli hesab etmək olmaz. Amma ilk baxışdan göründüyü qədər də pis deyil. Yaxınlarınızla yaranan fikir ayrılıqlarına sakit yanaşın. Qarşınızdakının fikirlərinə hörmət edin. Belə etsəniz, qarşılıqlı razılığa gələcəksiz. Planlaşdırılmamış xərclər tövsiyə olunmur. Nə qədər güclü olsalar da, istəklərinizin diktəsilə hərəkət etməyin. Bu gün sağlam düşüncə intuisiyadan yaxşı köməkçidir.

Dolça - Bu gün əvvəlki ilə müqayisədə daha əlverişli və asandır. Siz işlərin öhdəsindən asanlıqla gələcək, qeyri-standart qərarlar qəbul edəcək və aldığınız informasiyadan düzgün istifadə edəcəksiniz. Son vaxtlar aldığınız həyat təcrübəsi faydalı olacaq. Başqalarına görə məsuliyyəti üzərinizə götürməyə, ailədə və ya dostların arasında liderə çevrilməyə hazır olun. Gün hüquqi məsələlərin həlli üçün münasibdir.

Balıqlar - Qayğılarla dolu olsa da, məhsuldar gündür. Xırda işlərlə məşğul olacaqsız, onları sona çatdırmaqdan zövq alacaqsınız. Qadınlarla, xüsusilə, yaşlı qohumlarınızla ünsiyyət üçün əlverişli gündür. Əlinizə yaxşı pul gələcək. Lakin xərcləməyə tələsməyin. Bunun üçün münasib vaxt deyil. Qərar qəbul edərkən ənənə və stereotiplərə yox, şəraitlə bağlı öz təsəvvürlərinizə əsaslanın.

BAKU.WS