VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Instagram-ın təsisçisi Kevin Sistrom (Kevin Systrom) və Mayk (Mike Krieger) şirkətdən ayrılmaq qərarı verib. 

BAKU.WS-in məlumatına görə, Kevin və Maykın "Facebook"la ziddiyyətlərə görə üz-üzə gəliblər. 

Şirkətin icraçı direktoru Sistrom "marağımızı və yaradıcılığımızı kəşf etmək üçün ayrılırıq" deyə bildirib. 

2012-ci ildə Facebook şirkətinin aldığı Instagram-ın bir milyarddan çox istifadəçisi var. Facebook-un Instagram-ı sırf gəlir gətirən bir tətbiqə çevirib istifadəçilərin pul ödəməsini tələb edən yeni funksiyalar yaratmaq niyyətindədir. Bu addım isə Instagram-ın qurucularının kəskin etirazı ilə qarşılanıb.

Kevin və Mayk 2010-cu ildə qurduqları şirkəti Facebook-a satdıqdan sonra tətbiqi idarə etməyə davam etmişdi.

Abbas
BAKU.WS