SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 25 sentyabrın qoroskopunu təqdim edir:

Qoç - Gün stabil və sakitdir. İşgüzar sahədə əlavə işlər, qəfil tapşırıqlar olmayacaq. Şəxsi həyatınız axşam saatlarında daha maraqlı inkişaf edəcək. Sevdiyiniz insandan alacağınız xəbər sizi sevindirəcək. Çoxdan gözlədiyiniz və həsrətində olduğunuz müjdə sizi xoşbəxt edəcək. Qəflətən aktivləşmə tələb oluna bilər. Qüvvənizə qənaət edin.

Buğa - Uğurlu gündür. İstənilən sahədə bəxtiniz üzünüzə güləcək. Amma ulduzların sizə xüsusi məsləhəti var; çalışın bu günü insanlar çox olan yerlərə getməyin. Axşam saatlarını isə tənhalıqda keçirin və sakit abu-havada dincəlin. Müstəqil və tək fəaliyyət göstərsəniz daha çox xeyir əldə edəcəksiz. Kollektiv fəaliyyətdəki mənfi məqamları yalnız belə aradan qaldıra bilərsiz.

Əkizlər - Gərgin və qarışıq gündür. Yeni işə başlamayın, yarımçıq işləri başa vurun. Ünsiyyət çevrənizi genişləndirin. Öz maraqlarınıza xidmət edəcək addımlar atın. Şəxsi münasibətlərdə emosiyalara qapılmayın. Hissləriniz dramatik mərhələyə keçərsə, səbəbsiz mübahisə və ya qeyri-adekvat münaqişə alovlana bilər.

Xərçəng - Rahat gündür. Başladığınız işlərdə uğur əldə edəcəksiniz. Emosiyalara uymayın, maraqlandığınız obyekt barədə mümkün qədər çox informasiya əldə edin. Ailədə xoş hadisələr yaşanacaq. Sürprizlər, hədiyyələr istisna deyil. Bu gün gələcəklə bağlı perspektivləri müəyyənləşdirmək olar. Sakit başla planlar qura bilərsiz.

Şir - Uğurlu gündür. Bu gün maksimum xarici görünüşünüzə, hərəkətlərinizə nəzər yetirin. Çünki diqqət mərkəzində olacaqsınız. Danışıqlara qatılın, müzakirələrdən yan qaçmayın. Cavab reaksiyanız sərt olmamalıdır. Axşam saatlarını ailə üzvlərinə, yaxınlarınıza həsr edin. Gəzintiyə, şəhər kənarına yollanmaq olar.

Qız - Bu gün qeyri-adi hadisə yaşanacaq. Qorxmayın, vəziyyət sizi qane edəcək. Əvvəlki günlərlə müqayisədə uğurlu zamandır. Aktual məsələləri həll edin. Yeni təmaslar qurun, münasibətləri nizamlayın. Qəfil baş verən hadisələr planlarınızı dəyişə bilər. Hadisələrin axarında dəyişikliklər olacaq. Axşam saatlarında emosional dəstək alacaqsınız. 

Tərəzi - Stress və gərginlik istisna deyil. Yaşananlara emosional reaksiya verməyin. Həyat təcrübənizdən bəhrələnərək qarşılıqlı anlaşmaya nail olun. Şəraitə uyğun hərəkət edin. Eqoist olmayın, özünüzü heç kimdən üstün bilməyin. Təkəbbürlü insan təsiri bağışlamayın. Belədə yaxın ətrafınızdakı insanlarla münasibətləriniz pozula bilər.

Əqrəb - Bu gün həyat dərsi ala biləcəyiniz hadisələr baş verəcək. Yeni işlərə başlamaq üçün təşəbbüs göstərməyin. Hansısa məsələlərdə güzəştə getmək, mövqelərdən geri çəkilmək gərəkdir. Yaxın ətrafınızdakı insanlardan birinə yardım edin. Yeni münasibətlər üçün axşam saatları əlverişlidir.. Sevdiyiniz şəxslə kəskin davranış münaqişəyə səbəb ola bilər. 

Oxatan - Tənhalığa qapılmayın, dostlarla ünsiyyətə yetərincə zamanınınz yoxdursa, internet yaxşı alternativ ola bilər. Yaxınlarınızla münasibətlərinizdə hisslərə qapılmayın, emosional davranmayın. Yaxınlarınızdan kimsə qeyri-adekvart davranarsa, səbr və təmkin nümayiş etdirin. Axına qarşı getməyin, uduzarsız.

Oğlaq - Ulduzlar bu gün sizdən aktivlik tələb etmir. Baş verənləri diqqətlə müşahidə edin. Dəyər verdiyiniz insanların xətrinə dəyməyin. Sərt tənqidlər və sonsuz iradların zamanı deyil. Qarşı tərəf marağınızı və xoş münasibətinizi hiss etməlidir. Günün ikinci yarısında situasiyada çətinliklər hiss olunursa, müstəqil fəaliyyət göstərin.

Dolça - Kollektivdə, dostlarla münasibətlərdə ehtiyatlı olun. Eyni vaxtda bir neçə işə başlamayın. Ötənlərdə yaşanmış hadisənin əks-sədası indi duyulur. İnsanlar və hadisələr əvvəlki seçiminizi bir daha xatırlamağa vadar edəcəklər.Yaxın ətrafınızdakı insanlara təzyiq göstərməyin. Həddən artıq tələbkar və aqressiv olmayın. Nə işlə məşğul olacağınızı özünüz seçin.

Balıqlar - Əlverişli gündür. Maliyyə məsələlərində uğurlu əməliyyatlar istisna deyil. Dostlarla daha çox ünsiyyətdə olun. Sizi sevirlər, dəyər verirlər. Lakin fikir ayrılıqları yaranarsa, mübahisə etməyin. Hər kəsin fikrinə hörmətlə yanaşın. Çünki hər kəs özünə görə haqlıdır. Unutmayın, hər kəsin öz doğrusu vardır. Müdrik məsləhətinə qulaq asın.

BAKU.WS