SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün - 22 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Uğurlu gündür. Hadisələrin normal axarı sizə bəyəndiyiniz işi seçməyə imkan verir. Qətiyyət və iradə ilə çalışsanız, sürətli irəliləyişə nail ola bilərsiniz. Axşam saatları qohumlarla ünsiyyət, ailə tədbirləri, alış-veriş üçün uğurludur. Səmimi və həssas olun, təmkinli və səbrli davranın. Dostlar və qohumlarla münasibətdə harmoniyaya riayət edin.

Buğa - Bütün mühüm işləri günün ikinci yarısına planlaşdırın. Günün ilk yarısı danışıqlar, toplantılar, tələsik işlərlə zəngin olacaq.
Ötən həftədən qalmış işi başa vurun.Günün ikinci yarısında mühüm məsələ ilə bağlı danışıqlarda və ya həmsöhbətlə müzakirələrdə emosional amili nəzərə alın. Açıq havada gəzinti, sevimli işlə məşğul olmaqda fayda var.

Əkizlər - Qətiyyətli olun. Məqsədə doğru aparan yolda qarşınıza çıxan maneələrdən çəkinməyin. Uzun-uzadı müzakirələr və illüziyalara qapılmaq sizə yalnız zərər verə bilər. Sağlam məntiqi unutmayın. Hisslər və emosiyalar burulğanına düşməyin. Planları aramla, eyni zamanda iradə ilə reallaşdırın. 

Xərçəng - Gəlir və mənfəət verməyən işlərdən imtina edin. Şəxsi maraqlar müstəvisindəki dəyişiklikləri sayıqlıqla izləyin. Planlarınızı gerçəkləşdirmək üçün aktivlik nümayiş etdirin. Müqavimətlə qarşılaşacaqsınız. Sakit, təmkinli, çevik olun, planı reallaşdırmaq üçün əlverişli zaman və məkanı, uyğun şəraiti müəyyənləşdirin.  

Şir - Yaxın gələcəklə bağlı planlarınızı dəqiqləşdirin. Peşəkar fəaliyyəti öndə tutun. İşdə rəhbərliyin tapşırıqlarını vaxtında yerinə yetirin, laqeyd və soyuqqanlı olmayın. Bunun üçün daha aktiv olun, səlahiyyətlərinizi genişləndirin. Maaş artımını tələb edə bilərsiniz. Axşam saatlarını aiənizə həsr edin. Sevdiyiniz insanın maraqlarını qulaqardına vurmayın.

Qız - Yetərincə məhsuldar və uğurlu gündür. Qarşınıza konkret məqsədlər qoyubsunuzsa, onları reallaşdırmaq üçün maksimum səy göstərin. Mühüm və məsuliyyəti qərar qəbul etməkdən qorxmayın. Həmin qərar bundan sonrakı yaşamınıza təsir edəcək.Dəyər verdiyiniz insanlarla daha çox vaxt keçirin.

Tərəzi - Məqsədə daha sürətlə çatacaqsınız. Həmkarlar, həmfikirlərlə işləmək məsləhətdir. Radikal layihə və ya ekstravaqant ideyaların reallaşması üçün yaxşı zaman deyil. Düşünülməmiş addım atmayın. Dəyər verdiyiniz insanlarla münasibətlərinizi korlamayın. İnadkarlıq etməyin, münaqişə və ya mübahisə üçün səbəb aramayın. Səmimi, qayğıkeş olun.

Əqrəb - Başqalarının uğurlarına paxıllıq etməyin. Əksinə, rəqiblərin nailiyyətlərini öz nöqsanlarınızdan, apatiyanızdan qurtulmaq üçün əlavə stimul qismində qəbul edin. Çətin vəziyyətdə, birmənalı olmayan situasiyada yaxınınız sizə yardım edəcək. Onun məsləhətlərini dinləyin, yardımlarından imtina etməyin.

Oxatan - İşdə rəhbərliklə münaqişə etməyin. Emosiyalara qapılıb, düşünülməmiş addımlar atmayın. Təcrübəli insanla birgə fəaliyyət xeyir gətirəcək. Bilik və bacarıqlarınızı nümayiş etdirin. Təcrübənizdən yararlanın. Fəaliyyətinizlə bağlı köhnə metodları yeniləyin. Etibar etdiyiniz insanla axşam saatlarında bir sıra məsələləri müzakirə etmək olar.

Oğlaq - Birmənalı olmayan gündür. Yaxşı xəbərlərlə yanaşı, əsəblərinizi gərə biləcək məlumatlar da ala bilərsiniz. Bir qədər əvvəl çəkdiyiniz zəhmət məntiqi nəticəsini verəcək. Unudulmaqda olan münasibətlərdən biri günün ikinci yarısında spontan şəkildə bərpa oluna bilər. Sizi çoxdan bəri narahat edən suallara cavab arayın. 

Dolça - İnkişaf etmək və daha çox qazanmaqla bağlı planlar hazırlayırsınızsa, peşəkar fəaliyyət müstəvisindəki problemləri həll edin. İşdə rəhbərlik təkliflərinizi dinləmək istəməyəcək. Aktual problemləri etibar etdiyiniz insanlarla müzakirə edin. Təklif və iradlarınızı aşkar şəkildə bildirin. Yeni işə başlamağa tələsməyin. 

Balıqlar - Yaxın gələcəklə bağlı planları müzakirə edin. Planlar dəyişir, istəklər artır. Aktiv olun, emosional problemlərinizi həll edin. Ehtiyatlı və sayıq davranın. Çətin situasiyada güzəştə getməyi bacarın. İradlarınızı və tənqidizi səmimi, etik şəkildə bildirin. Məişət problemlərinizi ailə üzvləri ilə həll etməyiniz məsləhətdir.

BAKU.WS