VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün - 18 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Harmoniya müşahidə olunan gündür. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin. Sevdiyiniz işlə məşğul olun. Günün ikinci yarısında seçim zərurəti yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.

Buğa - Həftənin ilk iş günü olmasına baxmayaraq, oduqca pozitiv gündür. Bu gün sizi sevən insanlarla əhatələnəcəksiz. İşgüzar və şəxsi görüşlər uğurla nəticələnəcək. Hərəkətlərinizə görə cavabdehlik daşıyacaqsız. Səsli-küylü içki məclislərindən uzaq olun. Günün ikinci yarısı enerjiniz azalacaq. Axşam saatlarını istirahətə həsr edin.

Əkizlər - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Qorxmayın, uğur sizinlədir.

Xərçəng - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin.

Şir - Şəxsi münasibətlər üçün ağır zamandır. Mənasız söhbətlərə qatılmayın. Emosiyalarınızı idarə etməyi bacarın. Lakin kompromislər zamanı deyil. eri çəkilsəniz, sizi zəif və iradəsiz insan sayacaqlar. Günün ikinci yarısında hərəkət istiqaməti dəyişəcək. Dəyişikliklərə nəzər salın, təmayüllərə fikir verin.

Qız - Günlə bağlı planlarınız kənar təsirlər nəticəsində təxirə düşə bilər. Yaxşı düşünülmüş və səbatlı özülü olan işlərdə irəliləyə bilərsiniz. Fəaliyyət üçün gərəkli səviyyədə rahat şərait yaradın. İlk baxışdan maraqlı təsir bağışlayan təkliflərə aldanmayın. Puç ümidlər sizi yanlış yola yönəltməsin. Yeni eksperimentlər zamanı deyil.

Tərəzi - Mübahisəyə, şayiələrə, münaqişələrə qatılmayın. Yaşamınızda indi müəmmalı, sirli nüanslar artır. Onlardan qurtulmaq asan deyil. Dəyər verdiyiniz insanları aldatmayın. Anlaşmaları yerinə yetirin. Effektiv olmayan təmaslardan uzaq durun. Sürətli və dəqiq qərarlar qəbul etməlisiniz. Axşam saatlarında duruma nəzarət edin.

Əqrəb - İşlərinizdə aktivləşmə müşahidə olunacaq. Səhhətinizə fikir verin, əks halda orqanizminizdə homeostaz yaşana bilər. Günün ikinci yarısında qərarlarınız düşünülmüş, məntiqli olmalıdır. Konkret situasiya ilə bağlı, yaxın perspektivi də düşünün. Təşəbbüskar olun, toplantı və müzakirələrə qatılın.

Oxatan - Günün ilk yarısında bəzi aktual məsələlərin həllində çətinliklər yaranacaq. Ev işləri və ailə qayğıları diqqəti cəmləməyə mane olacaq. Günün ikinci yarısında işdə rəhbərliyin kəskin narazılığına səbəb ola bilərsiniz.

Oğlaq - Xoş gündür. Başladığınız işləri uğurla başa vuracaqsınız. Xoş sürprizlər gözlənilir.Çoxdankı plan və ya məqsədlərdən birinin reallaşdırılması üçün əlverişli zamandır. Maliyyə vəsaitlərinizi bir daha hesablayın. Peşəkar fəaliyyət müstəvisindəki maneələri dəf edin.

Dolça - Planlarınızda köklü dəyişikliklər yaranacaq. İşlərinizi nizamlayın, yaranmış vəziyyət sizi qarşınıza qoyduğunuz məqsəddən ayırmasın. Yeni ideyaları dərhal həyata keçirməyə çalışmayın. Tələsməyin, atacağınız addımları yaxşı götür-qoy edin. Təklifləri soyuqqanlı şəkildə dəyərləndirin. Axşam saatlarında stressdən qurtulmağa çalışın.

Balıqlar - Peşəkar fəaliyyətinizdə aktiv olun. Qarşınıza qoyduğunuz məqsədə doğru aktiv hərəkət edin. Kiçik problemlərə və maneələrə fikir verməyin. Enerjili davranın, yaxın ətrafınızdakı insanları arxanızca aparın. Xidməti öhdəliklərin və tapşırıqların öhdəsindən gəlin. Səhhətinizə fikir verin. Axşam saatlarında normal istirahət edin.

BAKU.WS