VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
Kimya üzrə Nobel mükafatı alan türk Əziz Sancarın elmiş kəşfini hansı şəraitdə etdiyi yəqin ki, çoxları üçün maraqlıdır.

BAKU.WS məlumat verir ki, ANS TV-nin Vaşinqton bürosu 2015-ci ilin kimya üzrə Nobel mükafatının ərsəyə gəldiyi labaratoriyada olub. Əziz Sancar həmin labaratoriyada DNK-ya müdaxilə edərək xərçəng xəstəliyilə mübarizədə yeni metod aşkarlayıb. Hansıki yaxın 5 ildə yer kürəsində yaşayan insanlar onun tətbiqini görəcəklər.

"Burdan göründüyü kimi DNK-da bir zədə var. Bu zədə sonda xərçəngə yol açır. Məhz bu zədənin nəcə kəsilib atıldığını və DNK-nın normal fəaliyyətinə qayıtdığını isə biz kəşf etdik”,- deyə Əziz Sancar bildirib.

Bu tapıntı üçün Əziz Sancar ömrünün düz 40 ilini xərclədiyini deyib: "Xərçəngin yaranmasının əsas səbəbkarı DNK-dır. Belə ki, DNK-a mütasiyaya uğrayır və nəticədə nomal hüceyrələr qeyri-normal hüceyrələrə çevrilir".

Türkiyədə doğulan alim Əziz Sancar Sovet dönəmi olmasına baxmayaraq gəncliyini Zeynəb Xanlarovanın musiqisilə keçirdiyini bildirib: "Mənim ən çox sevdiyim musiqi Azərbaycan musiqisidir, Azərbaycan mahnılarıdır".

Alim, dünyada islama qarşı artan təziqlərə görə müsəlmanlara bəzi tövsiyyələr verib: "Bizim elmlə ciddi bir şəkildə məşğul olmamız lazımdır. Bundan başqa yolumuz yoxdu. Uşaqlarımızı- riaziyyat, mühəndislik və tibb sahəsinə olan marağı artırmalıyıq. Mütləq bu sahələrə üstünlük verməliyik".

Müsəlman dünyasında baş verənləri isə Əziz Sancar bir cümlə ilə belə xarakterizə edib: "Bir-birimizi öldürmək üçün istifadə etdiyimiz o silahları belə biz hazırlaya bilmirik. Ölüm cihazlarını qərbdən alıb qardaşlarımızın canına qıyırıq. Silahı buraxıb ələ kitab almağın vaxtıdır", -  deyə alim bildirib.
 
BAKU.WS