SİZİN REKLAM BURADA!
055 213 76 73


 
"Facebook” yaxın aylarda şirkət əməkdaşlarının biznes məsələlərinə görə ünsiyyəti üçün yeni veb layihə - "Facebook at Work” korporativ sosial şəbəkəsini istifadəyə verəcək. 

BAKU.WS məlumat verir ki, bununla bağlı məlumatı "Reuters" agentliyi yayıb. Yeni xidmət vasitəsilə müxtəlif şirkətlərin əməkdaşları ünsiyyət saxlamaq, sənədlərlə mübadilə etmək, həmçinin işgüzar əlaqələr qurmaq imkanı əldə edəcəklər. Bu xidmətin sınaqlarına cari ilin yanvar ayından başlanılıb. Yeni layihənin dizaynı - xəbər lenti, dialoqlar və "layk”lar "Facebook”u xatırladacaq. 

Həmçinin, şirkət hər bir istifadəçidən sosial şəbəkənin əlavə imkanlarına giriş üçün aylıq ödəniş nəzərdə tutub. 
 
BAKU.WS