SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ankara-Moskva arasında yaşanan təyyarə böhranı ilə gündəmə gələn Rusiya prezidenti Vladimir Putinin Türkiyədə çalışdığı məlum olub.
 
BAKU.WS-in məlumatına görə, 43 il əvvəl "Tüpraş" adlı şirkətdə RF prezidenti ilə çalışdığını söyləyən Adəm Albayrak Putinin Türkiyə keçmişindən danışıb. İzmirli Adəm Albayrak o zamanlar Putinin agent olduğundan şübhələnib.
 
Putin ölkəsinə qayıtdıqdan sonra isə əmin olduğunu söyləyən Adəm sözlərinə belə davam edib: "Buz kimi soyuq bir adam idi. Kənarda küncdə təkbaşına oturardı. Yalnız qalmasın, ailəsindən uzaqda deyə yaxın olmağa çalışırdım. Qürbətdə olduğu üçün ona yazığım gəlirdi. Bilsəydim Türkiyəyə qarşı belə bir addım atacaq ona elə davranmazdım", - deyə Putinin keçmiş iş yoladaşı söyləyib. 

Adəm Albayrak Putini 1971-ci ildə "Tüpraş"da çalışarkən tanıdığını ifadə edərək bunları söyləyib: ""Tüpraş"ın maye yanacaq daşıyan tankerlərinin təmir işi bir rus şirkətinə verilmişdi. Putin də şirkətin ən əhəmiyyətli nümayəndəsi idi. 20 yaşlarında biri üçün şübhə çəkirdi. Nəzarət etmək üçün bizim yanımıza gəlirdi və çox qalmadan çıxıb gedirdi. Biz ona "Potin" dəyərdik. Putin həmişə zavodların şəklini çəkərdi. Qadağan olunmuş bölgələrin fotosunu gizlicə çəkərkən polislər rus qaynaqçını və Putini tutmuşdu. Vəzifəsini yerinə yetirərkən tutulduqları üçün Sibirə sürgün olacaqlarından çox qorxurdular. Digəri mən oraya getsəm bir daha dönə bilmərəm, o qədər əziyyətə dözə bilmərəm deyərək evin bağçasında şam ağaclardan birində özünü asmışdı. Ağacda sallanan cəsədini polislər tapdı. Putin sərhəddən çıxarıldı və Rusiyada Sibirə göndərildiyini eşitdim. O hadisədən illər sonra Putinin KQB-nin rəhbəri olduğunu eşitdim", - deyə Adəm söyləyib.
 
Şahin Həbibov
BAKU.WS