VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS çərşənbə gününün - 11 sentyabr tarixinin ulduz falını təqdim edir:

Qoç - Enerjilisiz, işləyəcəksiz və bundan həzz almağa başlayacaqsız. Məqsədə gedən yolu düzgün seçdiyinizə şübhəniz var. Bu gün həmin şübhələrə qəti cavab alacaqsınız. Qətiyyət və məntiq nümayiş etdirsəniz, seçdiyiniz yolda uğur qazana bilərsiniz. İşdəki problemləri evə daşımayın. Ailə üzvlərilə mehriban və həlim olun.

Buğa - Əsassız və səbəbsiz həyəcan gününüzü korlaya bilər. Vacib işləri özünüz görsəniz də, xırda problemlərin həllini etibarlı insana tapşıra bilərsiz. İşə məsuliyyətlə yanaşın, əvvəl yol verdiyiniz səhvləri təkrarlamayın. Sənədləşdirmədə problem yaranarsa, sabaha saxlayın. Axşam saatları xoş sürpriz, maraqlı görüş vəd edir.

Əkizlər - Asan gün deyil, amma uğurludur. Başladığınız işləri yarımçıq qoymayın. Bu gün çətinliklə də olsa, məqsədinizə nail olacaqsınız.
Bu çətinlik şəxsi həyatda da hiss ediləcək. Valideynlərlə uşaqlar arasında anlaşılmazlıq olarsa, səbrli davranın, münaqişəyə imkan verməyin. Axşam saatlarında dəvət aldığınız məclislərə gedin. Əylənməyə haqqınız var.

Xərçəng - Astagəl olmayın, planlarınızı reallaşdırmaq yönündə qətiyyətlə və cəld hərəkət edin. Xırdalıqları və detalları diqqətlə yoxlayın, önəmli məqamları nəzarətsiz qoymayı. Unutmayın, bu gün atdığınız addımlar sabahın sərmayəsidir. Hadisələrin axarı və yaxın gələcək bugünkü əməyinizin müsbət nəticəsini göstərəcək. 

Şir - Riskə getməyin, hər hərəkətinizi ölçüb-biçin. Bir istiqamətdə hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual olan məsələlərə yaradıcı yanaşın. Gəlir, mənfəət istisna deyil. Axşam saatları romantik münasibətlər və təmaslar üçün əlverişlidir. Bir qədər tənha qalmaqda da xeyir var.

Qız - Qarışıq gündür. Hadisələrin gedişatında qəfil və gözlənilməz məqamlar yaranacaq. Planlarınızı dəyişmək və ya təxirə salmaq məcburiyyətində qala bilərsiz. Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail olmağa səy göstərin. Narahatlıq varsa, müvəqqəti olaraq başqa işlə məşğul olun.

Tərəzi - Ulduzlar fəallıq nümayiş etdirməyi məsləhət görmür. İctimai fəaliyyətdə gözəgörünməz olun, bu sizin xeyrinizədir. Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz narahatnlıq hissləri yarana bilər. Yaxşı budur, bu gün işgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz insanın mənafelərini ön plana çəkin.

Əqrəb - Gərgin gündür. Hadisələrin gedişatı sizi qane etmir. Mühüm işdə təxirəsalma yarana bilər. Konkret məqsədlərə çatmağa çalışdığınız vaxtda bəzi niyyətləriniz reallaşmaya bilər. Gərginsizinsə işgüzar görüşə qatılmayın. Şəxsi məsələlər ön plana çıxacaq və həllini tələb edəcək. Zamanınızı sevdiyiniz insana həsr edə bilərsiz.

Oxatan - Ciddi işə başlamısınız, çətinliklər qaçılmazdır. "Hər işdə bir xeyir var" məsəlini xatırlayın və vəziyyətdən nəticə çıxarmağı bacarın.
Gərgin situsiya pik həddinə çatacaq, xoşagəlməz faktlar üzə çıxacaq. Bu sizi qorxutmasın, yolun sonu uğurdur.

Oğlaq - Pozitiv gündür, enerjiniz də aşıb-daşır. İstənilən işə əl qoysanız, müsbət emosiyalar sizi müşayiət edəcək. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə səlis və diqqətli olun. Yaxınlarınızla münasibətləri qaydasına salın. Münaqişə yaranıbsa, dərhal barışın. Onların problemləri, qayğıları ilə maraqlanın. Pozitiv emosiyalar ala bilərsiniz.

Dolça - Uğurlu gündür. Əməkdaşlıq üçün əlverişli zamandır. Nikbin və qətiyyətli olun. Ətrafınızdakı insanlar sizə rəğbət bəsləyir. Çoxdan görmədiyiniz insanla rastlaşmaq ehtimalı var. Zəifləmiş romantik münasibətləri bərpa etmək şansı var. Lakin bu addımı atmazdan əvvəl düşünün.
Yeni işə başlayırsınızsa, ümidləriniz doğrulacaq. 

Balıqlar - Ulduzlar şans vəd edir. İşgüzar danışıqlar yaxşı keçəcək. Həssas və diqqətli olun. Yeni işə başlamaq üçün əlverişli zamandır. İlk uğur tezliklə əldə olunacaq. Hətta ən çətin problemlərin öhdəsindən asanlıqla gələcəksiniz. Dəvət aldığınız tədbirə qatılın. Dostlarla görüşün, ailəvi istirahət edin. Bu sizi depressiyadan çıxara bilər. 

BAKU.WS