VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS həftənin ilk iş gününün - 10 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gərgin gündür. İşləriniz az deyil. Yığılıb qalmış probleçlər həllini tələb edir. İki günlük istirahətdən sonra həftənin ilk iş günü sizə ağır gələcək. Buna baxmayaraq enerjiniz yetərlidir. Axşam saatlarında köhnə dostlarla görüş əhvalınızı yaxşılaşdıracaq.

Buğa - Sayıq olun, yerinə yetirə bilməyəcəyiniz vədlərdən uzaq olun. Vəziyyəti ən xırda nüanslara qədər dəyərləndirməyi bacarın. Mənasız, əsassız illüziyalara qapılmayın. İşgüzar müstəvidə təklifləri real qiymətləndirin. Müqaviləyə imza atarkən detalları incələyin. Aldanmaq ehtimalı var.

Əkizlər - Ulduzlar bu gün sizdən nizam-intizam tələb edir. Cari işlərlə məşğul olun. Çərçivədən kənara çıxmayın, qaydalara riayət edin. İş yerində rəhbərliyin tapşırıqlarını gecikmədən yerinə yetirin. Ailədə üzərinizə düşən vəzifədən yayınmayın. Əks təqdirdə sizi böyük problemlər gözləyir.

Xərçəng - Stabil gündür. Şəxsən sizi narahat edəcək vəziyyət yaranmayacaq. Günü sakit və problemsiz başa vurmaq istəyirsizsə, başqalarının müzakirə və mübahisələrinə qarışmayın. Haqq-hesab çəkilən söhbətlərdən uzaq durun. Axşam saatlarında sevdiyiniz şəxslə gəzintiyə çıxa bilərsiz.

Şir - Gərgin gündür. Nəzərdə tutulmamış problemlər yaranacaq. Səbrli olun, soyuqqanlı davranın. Hadisələri bir qədər qabaqlayın ki, daha ciddi problemlərlə qarşılaşmayasınız. Xırdalıqları nəzərdən qaçırmayın. Hətta ən önəmsiz təsir bağışlayan detal işlərinizdə ləngimələr yarada bilər. 

Qız - Verdiyiniz sözlərə əməl edin, vədləri unutmayın. Tapşırıqları rəqiblərlə müqayisədə daha tez yerinə yetirməyə çalışın. Yeni vədlər verməyə tələsməyin. Şərtlər sürətlə dəyişəcək. Situasiyanı məntiqlə qiymətləndirin, şanslarınızdan istifadə edin.

Tərəzi - Maraqlı gündür. İş həyatınızın yeganə mənası deyil. Bunu anlayın və bilin ki, işlərin bir hissəsi bilavasitə nəzarətiniz olmadan da yerinə yetirilə bilər. Qüvvə və imkanlarınızı daha ciddi layihəyə qorumaq üçün bəzi planlardan imtina etmək gərəkdir.

Əqrəb - Yeksənəklikdən bezmisiz, maraqlı məşğuliyyət axtarırsız. Xırdalıqlar və detalları nəzərdən qaçırmayın. Qətiyyətli olsanız yaxşı nəticələr əldə edə bilərsiniz. Bilik və bacarıqlarınızdan maksimum dərəcədə istifadə edin. Şəxsi münasibətlərdə aqressiv olmayın.

Oxatan - Cari işlərlə məşğul olun. Əyləncə və istirahəti təxirə salmaq olar. Dostlarla görüşlərdən faydalanın. Yaşamınızda ən önəmli mərhələrərdən biridir. İşlərinizdə irəliləyişlərə nail olmaq istəyirsinizsə, aktiv olun. Güc və imkanlarınıza qənaət edin. Başqalarının əvəzinə işləməyə həvəsli olmayın.

Oğlaq - Hisslərə qapılaraq düşünülməmiş qərarlar verməyin. Çalşıdığınız kollektivdə müxtəlif intriqalar və ya dedi-qodulara qatılmayın.Yaxşı düşünün. İşdə həmkarlarla münasibətləri möhkəmləndirmək, rəhbərliklə aranızdakı anlaşılmazlığı aradan qaldırmaq olar.

Dolça - Peşəkar fəaliyyət prosesində yaranan ləngimələr və məhdudiyyətləri aradan qaldırın. Əks təqdirdə onlar yaxın vaxtlarda ciddi problemlərə çevrilə bilər. Maraqlarınız yaxın ətrafınızdakı insanların planları ilə toqquşursa, ehtiyatlı davranın. Münaqişələri, fikir ayrılıqlarını aradan qaldırın.

Balıqlar - Qohumlar və ya dostların yardımlarına ehtiyac duya bilərsiniz. Dəyər verdiyiniz insanlarla təmaslarda diqqətli, qayğıkeş olun. Çətin situasiyada hissə qapılmayın. Qarşılıqlı iradlar köhnə problemlərdən birini daha da ağırlaşdıra bilər. Qısqanclıq və inamsızlığın artmasına rəvac verməyin.

BAKU.WS