SİZİN REKLAM BURADA!
055 213 76 73



Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) müxtəlif ölkələrin fiziki aktivliyinin öyrənildiyi araşdırmanın nəticələrini açıqlayıb.

BAKU.WS 
sputnik.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 168 ölkədən iki milyon insanın məlumatları öyrənilib.

ÜST mütəxəssisləri qeyd edirlər ki, planetin əhalisinin 1/4 hissəsi yetərli qədər aktiv həyat tərzi keçirmir. Bu isə öz növbəsində piylənməyə, II növ diabetə, ürək problemlərinə və xərçəngin müxtəlif növlərinin yaranmasına səbəb olur.

Mütəxəssislərin fikrincə, aktiv insan həftədə 75 dəqiqə və ya bir həftədən bir 150 dəqiqə intensiv fiziki hərəkətlə məşğul olmalıdır.

Bu meyarları nəzərə alan ÜST ən tənbəl ölkələrin siyahısını hazırlayıb. Siyahıda ilk yeri 67 faizlə Küveyt tutub. Məlumata görə, Küveyt əhalisi idmanla heç məşğul olmur. Bundan başqa siyahıda Samoa (53,4 faiz), Səudiyyə Ərəbistanı (53), İraq (52) və Braziliya (47) qərarlaşıb.

ÜST fiziki aktivliyin yüksək olduğu ölkələrin siyahısını da açıqlayıb. Belə ki, bu siyahıda birinci yeri əhalisinin cəmi 5,5 faizi idmanla məşğul olmayan Uqanda tutub. Siyahıda ikinci yerdə əhalisinin 5,6 faizi idmanla məşğul olmayan Mozambik, üçüncü yerdə Lesoto (6,3 faiz), dördüncü yerdə isə Tanzaniya (6,5) gəlir.

ABŞ əhalisinin 40, Böyük Britaniya əhalisinin 35,9, Rusiya əhalisinin 17,1 faizi aktiv həyat tərzi sürmür.

BAKU.WS