SİZİN REKLAM BURADA!
055 213 76 73



Azərbaycanlı alim, ictimai-siyasi xadim, iqtisadiyyat üzrə fəlsəfə doktoru Qubad İbadoğlu Amerikanın nüfuzlu Rutgers Universitetində (Nyu-Cersi ştatı) professor vəzifəsində çalışmağa başlayıb. 

BAKU.WS 
xəbər verir ki, bu barədə iqtisadçı özü açıqlama verib:

"Yenidən ABŞ-dayam, bura nüfuzlu Rutgers Universitetinin dəvəti ilə professor vəzifəsində çalışmağa gəlmişəm. Bir müddət həm İqtisadiyyat və həm də Siyasi Elmlər Departamentlərində işləyəcəm.

Bakalavr tələbələri üçün "Keçid iqtisadiyyatı", magistrlər üçün isə "Təbii resursların iqtisadiyyatı", eləcə də "Beynəlxalq siyasi iqtisadiyyat" dərslərini tədris edəcəm. Əminəm ki, bu tədris ilində Rutgers Universitetində elmi-pedoqoji fəaliyyət yalnız fərdi potensialın reallaşmasına və şəxsi zəmində inkişafa deyil, həm də və daha çox gələcək Azərbaycana töhfə olacaq".

Qeyd edək ki, Qubad İbadoğlu bundan əvvəl ABŞ–ın Şimali Karolina ştatında yerləşən Dyuk Universitetinin professoru idi.

Zülfiyyə Qurbanova
BAKU.WS