SİZİN REKLAM BURADA!
055 213 76 73



"Bəlkə də dünyadan xəbərsizlər üçün bu kəşf olacaq, amma bilin ki, düşmən münasibətdə olan ölkələrin vətəndaşları sərhəddən kənarda görüşəndə heyvan kimi bir-birilərinə hücum etmirlər".

Bu sözlər erməni rəfiqəsi, bloqer Karina Kasparyantsla Amerikada çəkdirdiyi birgə fotosunu paylaşdıqdan sonra qınaq hədəfinə çevrilən azərbaycanlı bloqer Ruslana Cavadovaya (Ruslana Gee) məxsusdur.


BAKU.WS xəbər verir ki, o, erməni qızla dostluğu qəbul edə bilməyənlərigülməli insanlar adlandırıb:

"Bizim heç kimə ziyan vurmayan adi fotomuzun KİV və bəzi şəxslər tərəfindən şişirdilməsi ürəyimi bulandırır. Karina və mən heç cür siyasətə qarışmırıq, biz blogerik. Biz eyni sahədə çalışırıq, təbii ki yollarımız kəsişəcək. Üstəlik Karina çox yaxşı insandır, heç kimə pislik etməyib. Onun nəzarətində olmayan bir şeyə görə Karinaya niyə nifrət etməliyəm. Çox gülməli adamlarsınız.

Biz Ermənistanda və ya Azərbaycanda deyil, ABŞ-da görüşmüşük. Mən başa düşürəm, düşmən ölkənin vətəndaşı ilə heç vaxt üz-üzə gəlməyənlər bunu anlamayacaq, amma bu belədir.

Universitetdə rektorumuz erməni idi, bizim müharibəmiz olduğu üçün başqa rektor tələb etməli idim? ABŞ-da demək olar ki, bütün müəllimlərim ermənidir, dərslərininə girməməliydim?

Rusiyada ermənilər və azərbaycanlılar dostluq edirlər, görüşürlər. Hətta İstanbulda da ermənilər var, orada belə onlarla normal davranırlar.
Bunlar həqiqətdir, gözünüzü açın! İnsanların dostluqları siyasətdən asılı deyil. Biz Karina ilə bu barədə ümumiyyətlə danışmırıq.
O erməni olaraq öz fikrində qalır, mən azərbaycanlı olaraq öz fikrimdə… Bunlar bizə neytral ərazidə normal sivil insanlar kimi dostluq etməyə və iş görməyə mane olmur. Mövzu bağlandı"!

Qeyd edək ki, Ruslana Bakıda doğulub. Model fəaliyyəti göstərib. Ruslana İstanbulda zərgərlik məmulatlarının dizayneri ixtisası üzrə təhsil alıb. Hazırda təhsilini Amerikada davam etdirir.

Karina Kasparyants Qazaxıstanda doğulub, sonra isə Rusiyanın paytaxtı Moskvaya köçüb.

Hər ikisi bloqer fəaliyyəti göstərir. Ruslananın 657 min, Karinanın isə 1,4 milyon izləyicisi var. 

                       Karina Kasparyants və Ruslana Gee