VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS cümə axşamının - 6 sentyabr tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gün dəyişikliklər vəd edir. İş yerini dəyişmək və şəxsi münasibətlərdə yeniliklər üçün əlverişli gündür. Mühüm işləri bu gün başa vura bilərsiz. Axşam saatlarında tənhalığa çəkilməyin. Sevdiyiniz insanlarla ünsiyyət sizə həzz verəcək. 

Buğa - Diqqət tələb edən gündür. Tapşırıqların və cari işlərin həllində tələskənlik etməyin. Yaxın ətrafınızdakı insanlarla münasibətlərinizdə problemlərin yaranmasını istəmirsizsə, mübahisədən yayının. Bu gün buraxacağınız səhv sizə baha başa gələ bilər. Axşam saatlarında yaxşı dincəlin, sabah sizi ağır və gərgin gün gözləyir.

Əkizlər - Sakit, rahat gün vəd edir. Hisslərinizi ayrıd etmək üçün əlverişli vaxtdır. Yeni təkliflər və ideyalar səslənəcək. Ötən səhvləri təkrarlamayın. Tərəfdaşlarla münasibətləri möhkəmləndirmək olar. Axşam intellektual məşğuliyyətlərə vaxt ayırın. Yaşadığınız dönəm bunu tələb edir.

Xərçəng - Ulduzlar ailədə yaranmış məişət və təmir işlərinin hamısını başa vurmağı tələb edir. İşdə heç bir problem ehtimalı yoxdur, amma şəxsi müstəvidə danlanmaq təhlükəsi var. Ailəlilər həyat yoldaşlarına, subaylar sevgililərinə qarşı daha diqqətli olmalıdırlar. Boş vaxtınızı sevdiklərinizlə keçirin.

Şir - Rahat gündür. Sadə, sevdiyiniz işlərlə məşğul ola bilərsiz. İş abu-havası sizi bezdiribsə, bir neçə günlük məzuniyyət götürün. Ailə ilə birlikdə olun, gəzintiyə çıxın. Unutmayın, yaxşı işləyib pul qazanmaq istəyirsizsə, yaxşı dincəlməlisiz. Yaxın gələcəkdə sizi həcmli işlər gözləyir.

Qız - Ləng və darıxdırıcı gündür. İşlərdə təxirəsalma və ləngimələr ola bilər. Daxili harmoniyanı tənzimləmək üçün xoşagələn işlə məşğul olun. Qadınlar xarici görkəmlərinə zaman ayıra bilər, alış-verişə və gözəllik salonuna gedə bilərlər. Kişilər isə dostlarla görüşüb, əylənsələr pis olmaz.

Tərəzi - Ulduzlar xoş anlar vəd etsə də, işinizdə dəqiqlik tələb olunur. Etibarlı tərəfdaşlarla çalışın. İşdə nizam yaradılması faydalı tapıntıya, planların yenilənməsinə səbəb ola bilər. Yeni işə başlamaq, mühüm məsələni müzakirə etmək üçün yaxşı vaxtdır.

Əqrəb - Heç nəyi mürəkkəbləşldirməyin. Sizin üçün önəmli insanlarla münasibətlərdə yaranan mühüm anlara laqeyd yanaşmamaq şərtilə danışıqlar aparın. Reallıqdan uzaq maraq və istəklərdən əl çəkərək daha praktik işlərlə məşğul olun. Ailə üzvlərinizə daha çox diqqət ayırın.

Oxatan - Cari maraqlar və həyati məqsədləri nəzərə alın. Tələsik, vacib olmayan işlərdə tələsməyin. Dostlarla təmaslar, yazışmalar informativ baxımdan məhsuldar ola bilər. Söhbət zamanı məcrası sizi maraqlandıran istiqamətə yönəldin. Axşam saatlarında rahat istirahət növünü seçin.

Oğlaq - Yaxşı gündür. Daha məntiqli, düşünülmüş şəkildə görəcəyiniz işlərdə uğur əldə edəcəksiniz. Gərginlik tələb etməyən məşğuliyyət seçin. Sizə yaxın olan insanlara diqqət yetirin, onların qayğısını çəkin. Boş vaxtlarınızı özünüzə ayırın, güc toplayın. Yaxın gələcəkdə işləriniz çox olacaq.

Dolça - Müsbət amillərin çoxluq təşkil etdiyi gündür. Pozitiv insanlarla qarşılacaqsız və bu sizi daha da enerjili edəcək. İstənilən işdə uğur gözlənilir. İşgüzar və şəxsi məsələlərdə müsbət enerjiniz hər şeyi sizin xeyrinizə həll edəcək. Bu gün çevrənizdə hər kəs sizi sevəcək.

Balıqlar - Maraqlı gündür. İşgüzar müstəvidə uğur sizinlə olsa belə, hadisələrin gedişatı göründüyü qədər sadə deyil. Yaxın gələcəkdə maddi durumunuz bu gün verəcəyiniz qərardan birbaşa asılıdır. Axşam saatlarında özünüzə sakit şərait yaradın və dincəlin. Heç kimin istirahətinizi pozmağa icazə verməyin.

BAKU.WS