SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyədə Qurbanlıq bayramında kəsilməkdən canını qurtaran öküz məşhurlaşıb.

BAKU.WS
Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərzurumda yaşayan kəndli öküzünü Rizəyə gətirib və Qurban bayramında satmaq istəyib. Bazara qurban kəsməyə gələnlərdən biri ilə razılaşıb.

Öküzü kəsmək istəyərkən heyvan insanların əlindən qaçıb. Öküz bazarın hasarından tullanaraq dənizə düşüb.

Öküzün sahibləri heyvanı 3 gün axtarıblar. Nəhayət öküzü Trabzon sahilində dənizdən tapıblar. Ölümdən qaçan qurbanlıq 23 kilometr üzərək canını qurtarıb.

Həmin öküz dənizdən çıxarılıb və sahibinə qaytarılıb. Hadisədən sonra həmin öküz məşhurlaşıb. Onun barədə sosial şəbəkələrdə yazıblar.
Heyvanın sahibi deyir ki, öküzü məşhurlaşdığı üçün onu dəyərindən 3 dəfə baha satacaq.

Cavid Babayev
BAKU.WS