SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün qoroskopunu təqdim edir:

Qoç - Gün dəyişikliklər vəd edir. Artıq başladığınız işin yekunlaşması ilə məşğul olun. Təşəbbüsünüz bir neçə istiqamətə yönəlməlidir. Eyni vaxtda, fərqli layihələrə qatılmaq olar. Dəstək almaq, yeni tərəfdaş qazanmaq şansları var. İlk baxışdan təsadüf təsiri bağışlayan görüş, məktub və danışıqlara fikir verin. Səhhətinizə fikir verin. Pəhrizə başlamaq olar.

Buğa - Yeni işə başlamaq üçün əlverişli zamandır. Qıcıq, səbəbsiz təşviş, işlərin cari vəziyyəti ilə bağlı narazılıq hissləri yarana bilər. Yaxın gələcəkdə özünüzü daha qətiyyətli hiss etməyiniz üçün qətiyyətlə irəliləyin. Tərəfdaşlardan biri mühüm dəyişikliklərə başlayacaq. Əməkdaşlığın genişləndirilməsi üçün konkret addımlar atmaqda fayda var.

Əkizlər - İstəklərinizdə və tələblərinizdə intuisiyanıza güvənin. Ünsiyyətə ehtiyac yaranarsa, bələd olduğunuz çevrəni seçin. Günün ikinci yarısında dostlarla görüş uzunmüddətli, perspektiv planlardan birinin əsasını qoya bilər. Dəyişikliklərdən xəbər verən məqamlara diqqət yetirin. Alış-veriş etmək olar. İş yerində qayda yaradın. Evdə isə sadə, səmimi olun.

Xərçəng - İşdə rəhbəriliklə söhbət və problemlərin müzakirəsi üçün əlverişli vaxtdır. Qarşılıqlı maraqlarınızın olduğu insanlarla təmaslarda səmimi olun, sirləri gizləməyə çalışmayın. Zərərli və təhlükəli təsirlərə, təzyiqlərə müqavimət göstərin. Emosiyaların qərarlarınıza diqtəsinə imkan verməyin. Uzaqgörən və soyuqqanlı olun. Səbr və təmkin bugünkü fəaliyyətinizdə əsas amillər olmalıdır.

Şir - Yaranan imkanlardan faydalanın. Mühüm əhəmiyyət daşıyan mövzuları inkişaf etdirin. Hansısa önəmli tapşırığın və ya sifarişin öhdəsindən gələ bilmirsinizsə, dayağa və yardıma ehtiyacınız var. Yaxşı bacardığınız işi görün. Yaradıcılıq fəaliyyəti üçün obyekt arayın. Hələlik öhdəsindən gələ bilmədiyiniz işə çox fikir verməyin. Günün məşğuliyyəti əhvalınız kimi qəflətən dəyişə bilər.

Qız - Zəngin emosional fonlu gündür. Hadisələrin inkişaf məcrası sizin nüansları sezmək və görmək bacarığınızdan asıldıır. Böyük, ciddi yeniliklər olmayacaq, sizdən əlahiddə səylər tələb edilməyəcək. Yaxın insanların işlərinə qatılın, onlara yarldım edin. Həmkarlarınızı narahat edən məsələləri müzakirə edin. İfrat emosionallıq və hisslər sizdən fəal davranış, əməl və qərarlar tələb edir.

Tərəzi - Təmas və ünsiyyətlə bol gündür. Çevrənizdə insanlarla səmimi söhbətlər, yeni və xoş tanışlıqlar gözlənilir. Eyni vaxtda bir neçə işlə məşğul olaraq fikrinizi dağıtmayın. Sizə yaxın olan insanlar problemləri barədə heç nə deməsələr belə, onların qayğısına qalın. Sadəlövh olmayın. Yaşananları, baş verənləri diqqətlə müşahidə edin.

Əqrəb - Nigaranlıq, narahatlıq, qayğı hissləri yaranacaq. Yaxın ətrafınızdakı insanların davranış və sözlərindən narazı qala bilərsiniz. Əmin olmadığınız məsələlərdə inadkarlıq etməyin. Ətrafınızdakı insanlara qarşı tələblərlə çıxış etməyin. Əks təqdirdə vəziyyət daha da ağırlaşa bilər. Yaxın bildiyiniz insanların bəzi zəiflik və səhvlərini bağışlayın.

Oxatan - Bu gün sizdən ehtiyatlı davranmaq tələb olunur. İllüziyalar aləminə qapılmayın, vaxtınızı şəxsi maraqlarınıza həsr etməyin. Yardımınıza, dəstəyinizə ehtiyac duyan insan var. Qarşı tərəfin maraqlarını nəzərə almayaraq öz hiss və mənafenizi hər şeydən üstün tutsanız, inciklik və kobudluqla qarşılaşacaqsınız. Təmkinli olun.

Oğlaq - Çox iş görməyə tələsməyin. Bir istiqamətdə hərəkət edin, yaranan imkanları dəyərləndirin. Yaşamınızda aktual olan məsələlərə yaradıcı yanaşın. Gərəksiz sərtliyə, tələsik qərarlara yol verməyin. Əks təqdirdə təmaslar və əlaqələrin ənənəvi stili pozulacaq, problemlər yarana biləcək yöndə hadisələr sürətlənəcək. 

Dolça - Möhtəşəm planlarınız olsa da, hələlik onların vaxtı deyil. Diqqətinizi bir məqsədə, bir işə yönəldin və onun nəticələrinə nail olmağa səy göstərin. Perspektivlər aydın deyil. İş yoldaşları və tərəfdaşlarınız sizi diqqətlə dinləmirlər. Bu günü bəzi məsələləri daha yaxşı anlamaq, məğzə varmaq üçün əlverişli dövr sayın.

Balıqlar - Perspektivlər, karyera, iş yeri ilə bağlı səbəbsiz, motivsiz nigaranlıq hissləri yarana bilər.İşgüzar ambisiyalarınızı arxa plana salın, ailə və sevdiyiniz insanın mənafelərini ön plana çəkin. Parlaq və güclü təəssüratlar istəsəniz də, bu gün həyat güzəşt, soyuqqanlı olmağı, başqalarının işlərində köməyi tələb edir.

BAKU.WS