VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS cümə gününün - 31 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gün daxili harmoniya vəd edir. Nəfəs alın və yaranmış problemin həlli üçün var gücünüzlə çalışın. Bu gün görəcəyiniz işlərdən maddi gəlirgötürəcəksiniz və maliyyə vəziyyətiniz yaxşılaşacaq. Özünüzə vaxt ayırın, sağlamlığınızın və xarici görkəminizin qayğısına qalın. 

Buğa - Yaxın həftələrin durumu bu gün müəyyənləşir. Tənbəllik etməyin, çalışın, pul qazanın. Ciddi işə hazırlaşın. Evdə qayda yaradın. Bu gün alış-veriş üçün sərfəli deyil. Axşam saatlarında yaxşı istirahət üçün vaxt tapın. Sevdiyiniz adamın yanında olun, heç yerə tələsməyin. Axşamın xeyrindənsə səhərin şəri yaxşıdır.

Əkizlər - Mühüm məsələnin inkişafında geri qalmamaq üçün bütün bacarıq və imkanları işə salın. Yaxın günlərdə ciddi problem yarana bilər və onun qarşısını indidən almaq gərəkdir. Tərəfdaş, həmkar və ya iş yoldaşları ilə danışıqlar, məsləhətləşmələr aparıla bilər.Axşam saatlarında sizə xoş insanlarla ünsiyyətdə olun.

Xərçəng - Astagəl olmayın, işləriniz sizdən fəallıq və əzm tələb edir. Risk etməyin, ekstremal şərtlərin yaranmasına təkan verməyin. Axşam saatlarında nigaranlıq və gərginlik yarana bilər. Dəyər verdiyiniz insanın yanınızda olmasına çalışın, bu sizi rahatlandıracaq.

Şir - Məqsədlərinizə çatmaq üçün səyrlərinizi əsirgəməyin. Görüləcək işə başqalarını da cəlb edin, görəvli insanların tənbəllik edərək işdən yayınmalarına imkan verməyin. Əyləncə və istirahət bir qədər gözləyə bilər. Fikrinizdə ideya möhkəm yer tutubsa, onun gerçəkləşməsi üçün şərait yaradın. 

Qız - Gün rahat dönəm vəd edir. Qüvvənizi bərpa edin, xarici görünüşünüzə fikir verin. Səhhətə diqqət yetirin.Alış-veriş günün ilk yarısında olarsa, məsləhətdir.Təəssüratlar bol olacaq və onlar sizin üçün mühüm mövzunun inkişafında stimul rolunu oynayacaq. Qəfil fikirlər, nişanələr və təkliflərə fikir verin.

Tərəzi - Bu gün yüksək iş qabiliyyətli olmağa, məsələlərin həllinə konstruktiv yanaşmağa imkan verir.Kiminsə fikrini və mövqeyini kökündən dəyişmək çətin olacaq. Aktual mövzunun həllinə yönəlmiş ideyalar dərhal müsbət dəyərləndiriləcək. Özünüzü əmin hiss etmək üçün ətraf mühitdə daha çox qayda yaradın. 

Əqrəb - Fikrinizi dağıdacaq və əsas işdən yayındıra biləcək məqamlara diqqət verməyin. Evdəki problemi həll edin, çünki ailə üzvləri sizin laqeydliyinizdən şikayətçidir. Böyük həcmdə iş görmək, müəyyən detalları önə çəkmək, planlara yenidən baxmaq olar. Yaxın insanlardan biri sizə yardım edə bilər.

Oxatan - Tələskənlik etməyin, rejimə riayət edin, səhhətinizə fikir verin. Günün ikinci yarısında olayların tempi bir qədər aşağı düşəcək. Sizə əziz olan insanları sərt tənqid etməyin, onlardan sirr saxlamayın. Yaxınlarınızı tərifləyin. Axşam saatlarında bir qədər açıq havada gəzişin.

Oğlaq - Şəxsi həyatınızda problem yaranıb. Münasibətlərdə gərginliyi, nigaranlıq və narahatlığı müvəqqəti unudun. Bu bütün diqqəti problemlərin həllinə cəlb etməyə imkan verəcək. Ailə qayğıları və əlaqələr ön plana çıxacaq, işdəki münasibətlərə aydınlıq gətirilməsinə ehtiyac yaranacaq.

Dolça - Gündən faydalanmaq imkanını əldən verməyin. Plan qurun, tərəfdaş və ya şəriklə bölüşün. Sizə önəmli olan insanla əlaqə saxlayın, narahat edən məsələni onunla müzakirə edin.İkinci dərəcəli işi təxirə salaraq konkret məkanda önəmli məsələ ilə məşğul olun. Təmas və əlaqələrdə gərginlik yaratmayın.

Balıqlar - Müsbət gündür. Bu gün hər şeyi ciddi qəbul etməyi istəyir.  Ünsiyyət, sizi maraqlandıran məlumatların alınması üçün məhdudiyyətlər yoxdur. Gərəkli zəngləri edin, məktublar yazın, sizdən diqqət nişanəsi gözləyən insanı pərişan etməyin. Vədləri yerinə yetirin.Şəxsi münasibətlərdə inadkar olmayın.

BAKU.WS