VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Məşhur “İblislərlə dolu dünya elmin şam işığında” əsəri Azərbaycan dilinə tərcümə edilib.

BAKU.WS xəbər verir ki, dünya şöhrətli alim Karl Saqanın əsərini Azərbaycan dilinə fizik Yalçın İslamzadə tərcümə edib.

Kitab “TEAS Press Nəşriyyat Evi” tərəfindən çap edilib.
 
Bu kitab şarlatanlığın, psevdo-elmin, falçılığın, xurafatın alnına tuşlanmış silahdır, əsassız aldanışlara qarşı effektiv anti-virusdur.

İltihablı fikirlərə, infeksiyalı meyillərə yoluxmamaq üçün əsl immunitetdir. Kitabın dili sadədir, müəllifin üslubu alicənabdır.

Karl Saqan tarixə və mədəniyyətə geniş perspektivdən baxaraq, cadugərlik, dua ilə şəfa, iblislər və UNO-lar kimi geniş yayılmış illüziyaları analizlə ifşa edir.

Çağımız "informasiya dövrü" adlandırılsa da, mövzusu "yadplanetlilər tərəfindən qaçırılma" və ekstrasenslik olan psevdoelm geniş yayılır, müştərək hallüsinasiyalar diqqət çəkir və ciddi qəbul edilir.

Saqan ağılsızlığın siren nəğməsinin sadəcə səhv yola dönmək yox, həm də fundamental hüquqlarımızı təhdid edən qaranlığa qərq olmaq mənasına gəldiyini çox sərrast şəkildə izah edir.

BAKU.WS