VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün qoroskopunu təqdim edir:

Qoç - Mühüm görüş olacaq. İşlərinizdə müsbət irəliləyişlər baş verə bilər. Təkliflərə, xəbərlərə tez reaksiya verin. Diqqət və qüvvələrin səfərbər olunmasının zamanıdır. Qarşılıqlı münasibətlərdə səmimi və xoş olun. Yeni stimullar və ideyalar gətirə biləcək insanlarla ünsiyyət qurun.

Buğa - Fəaliyyətinizdə irəliləyiş gözlənilir. Ama bu o demək deyil ki, heç nə etmədən bunu gözləməlisiz. Məlumat axtarışı və təhlili, işə gərəkli materiallar və avadanlıqlar almaq üçün münasib gündür. Deyilənlərə diqqətlə qulaq asın, həmsöhbətinizin davranışını və emosiyalarını müşahidə edin. 

Əkizlər - Bu gün sizdən aktivlik tələb olunur. Əlverişli situasiyadan dərhal yararlanın. Yeni ideyalara diqqətlə yanaşın. Bədxahların məkrli niyyətlərinin qarşısını alın. Təmaslarla əlaqələrin köhnə formalarından imtina edərək yeniləri və daha faydalıları seçin. Axşam saatları aktiv istirahəti seçin. Fiziki işdə xeyir var. 

Xərçəng - Hadisələrin qəfil istiqamət dönüşü istisna deyil. Bununla belə, ehtiyatlı olun, şübhə etdiyiniz, amma mühüm məsələnin və ya işin reallaşdırılmasında tələsməyin. Hər şey şəxsi təşəbbüsdən asılı deyil.Qəfil görüş, münasibətlərin və işgüzar əlaqələrin bərpası mümkündür.

Şir - Problemlər və qayğıları keçmişdə qoymağa çalışın. Tamamilə yenidən başlamaq istədiyiniz işləri planlaşdırın. Bu gün yaşananlar həyatınıza fərqli prizmadan baxmağa vadar edə bilər. Plan və maraqlarınızın uyğun olduğu insanlarla görüşün. Uzun müddətdən bəri göz yumduğunuz həqiqəti etiraf etməli, yeni təcrübə qazanmalısınız. 

Qız - Tələsməyin, hövsələsizlik etməyin. Cari işləri ən yaxşı halda bitirib effektiv və konkret nəticə almağa çalışın. Perspektivləriniz üçün önəmli sayıla biləcək məlumat alacaqsınız. Dostlar və maraqları bölüşdürdüyünüz tərəfdaşlarla görüşləri planlaşdırmaq olar. Niyyətinizi aktiv şəkildə həyata keçirməzdən əvvəl yekun danışıqlar aparın.

Tərəzi - Fəal olun, gündəlik yaşamınızı qaydaya salaraq yaxın gələcəkdəki işlərin təməlini qoyun. Uğurulu alış-veriş etmək olar. Əvvəllər hazır olmadığınız işi sizə yenidən təklif edə bilərlər. Real uğurlar əldə etmək üçün yetərincə təcrübəyə malik olan insanın yardımına ehtiyacınız var. Təşəbbüs sizdədir, amma dəstək və kömək olmadan yeni işə başlamaq mümkün deyil.

Əqrəb - Uzaqdan gələcək xəbərlər güclü emosional əks-səda yaradacaq. Şəxsi münasibətləri, xüsusilə də uzunmüddətli əlaqələri bir daha dəyərləndirməli olacaqsız. Bir çox məqamlar və nüanslar aşkarlanır. Nə isə dəyişməlidir. Sizi təmin edən nəsnəni arayın. Gələcəyə ümidlərinizlə bağlı arealda qayda yaradın, gərəkli məlumatı əldə etməyə çalışın.

Oxatan - Sizi çoxdan bəri narahat edən məsələyə aydınlıq gətirmək üçün əlverişli gündür. Tərəfdaşlarınızla qarşılıqlı maraqlarınızın olduğu işləri müzakirə edin.Günün ikinci yarısında işlər çoxdur. Planlaşdırılmış işlərin bəzilərini mütləq bitirmək və yaxın ətrafınızdakı insanlara verilmiş vədləri yerinə yetirmək gərəkdir. Tənhalığa can atmayın, görüş və dəvətlərdən boyun qaçırmayın. Romantik görüşlər əhvalınızı yaxşılaşdıracaq.

Oğlaq - Bu gün işgüzar əhval-ruhiyyədəsiz. Bütün fikrinizi və gücünüzü işə yönəldin, çünki fəaliyyətinizdə diqqət və konsentrasiya tələb olunur. Mühüm suallara cavab tapmaq imkanını itirməyin. Axşam saatlarını dostlar və ya sevdiyiniz insanla keçirin. Ailə üzvlərinə diqqət ayırın. Onların özlərini əmin hiss etmədikləri, dəstək aradıqları məqamda yardıma tələsin.

Dolça - Gün yeniliklər və dəyişikliklər vəd edir. Dəstək və yeni tərəfdaşlıq istisna deyil. Görüş, məktub və danışıqlara önəm verin. Baş çəkmək istədiyiniz yerləri təhlil edin. Bitirilməsi mümkün işi başa vurun. İnformasiya axını kanallarını qapatmayın. Sizinlə təmasda olmaq istəyən insanla əlaqə saxlayın. Səhhətinizə fikir verin.

Balıq - Əlverişli gündür. İşgüzar məsələləri həll etmək olar. Görüş və müzakirələrdə təmkinli olun. İşləri qaydaya salın, konkret nəticəyə nail olun. Pozitiv davranış, məntiqli açıqlamalar söhbəti gərəkli istiqamətə yönəldə bilər. Çoxdan gözlədiyiniz təəssüratlara axşam saatlarında evdə nail ola bilərsiniz. Yaşamınıza yeni stimullar daxil olur, hansısa mühüm mövzu inkişaf edir. 

BAKU.WS