SİZİN REKLAM BURADA!
055 213 76 73




BAKU.WS günün qoroskopunu təqdim edir:

Qoç - Yaradıcılıqla məşğul olanlar üçün yaxşı gündür. Digər peşələrdə çalışanlara isə yüksəl əhval-ruhiyyəni öz müsbət enerjinizlə yaratmaq məsləhət görülür. Çünki bu gün işdə və ailədəki durum sizin əhvalınızdan, emosional durumunuzdan asılı olacaq. Gülümsəyin və te-tez xoş sözlər işlədin. Qarşılığını görəcəksiz.

Buğa - Maliyyə problemləriniz yaranacaq. Sizi əngəlləmək istəyənlərin qarşısından geri çəkilməyn. Yaxın gələcəklə bağlı planlarınızı yaxşı tanımadığınız insanlarla bölüşməyin. Ailə üzvlərindən birinin qayğıları sizi məşğul edəcək. Emosiyalarınıza hakim olun, soyuqqanlı davranın.

Əkizlər - Gələcəklə bağlı planlar qura bilərsiz. İntuisiyanıza güvənə bilərsiniz. Vəziyyəti təhlil edərək problemlərin həll yollarını arayın. Dəqiq plan hazırlayın.İrəliləmək üçün gərəkli metodlardan yararlanın. Əməllərinizlə bağlı gözlənilən reaksiya olmazsa, hisslərə qapılmayın. Axşam saatlarında süst olmayın, bədbinləşməyin.

Xərçəng - Çətin gündür. Kənar şəxslərin problemlərini həll etməli olacaqsınız. Cərimə və ya cəza istisna deyil. Ehtiyatlı davranın. Sükan arxasında sayıq olun.Günün ikinci yarısında ailə üzvləri ilə münasibətlərdə ənənələri pozmayın. Müstəqilliyə can ataraq azadlıq istəyirsinizsə, başqasının maraqlarını da nəzərə almalısınız. Prinsiplərinizə xəyanət etməyin.

Şir - Ailədəki vəziyyət ciddi dəyişikliklər tələb edir. Qəfil yaranmış problemləri dərhal həll etməyə çalışın. Çətinliklərin həllini təxirə salmayın, əsla ertələməyin. Dost və ya qohumların yardımından istifadə edin. Belədə ən ciddi sədləri dəf edə bilərsiniz. Bir müddət sonra yaşamınıza ciddi təsir edə biləcək insanla qarşılaşa bilərsiniz.

Qız - Aktiv gündür, problemlərin həllində orijinal metodları seçin. Rutinlikdən uzaqlaşın, başqalarını təkrarlamayın. Karyera inkişafınızın asılı olduğu insan cəhdlərinizi görəcək, zəhmətinizi dəyərləndirəcək. Günün ikinci yarısında birgə layihə və ya müştərək işdə irəliləyişlər istisna deyil. Dəyər verdiyiniz insanların istəklərini anlamağınız şərtdir.

Tərəzi - Xoşladığınız məşğuliyyətə vaxt ayırmaq üçün münasib zamandır. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edə bilərsiniz. Enerji potensialınız yüksəkdir. Günün ikinci yarısında önəmli məsələnin həllinə başlayın. Yaxınlarınız sizi anlayacaqlar. Ailə təmaslarının harmonikliyinə can atın.

Əqrəb - Hadisələri olduğu kimi qəbul edin. Situasiya yaşamın məcrasını kəskin şəkildə dəyişə bilər. Yeni tanışlıqlara can atmayın. Belə cəhdlərdə pozitiv heç nə yoxdur. Ailə üzvləri və yaxınlarınızla münasibətlərinizdə sərinliyin formalaşmasına imkan verməyin. Yaxşı tanımadığınız insanla ünsiyyətdə sayıq olun.

Oxatan - Haqqınızda deyilənlərə diqqətlə qulaq asın. Yeni tanışlıqlar üçün yaxşı zamandır. Dostlarla söhbətlərdə səmimi, tərəfdaşlarla müzakirələrdə sayıq olun. Sevdiyiniz insanla münasibətləri möhkəmlətməyə çalışın. Əyləncə və ya istirahəti bir qədər təxirə salın. Adi saydığınız işləri qulaqardına vurmayın.

Oğlaq - Ən çətin işlərin öhdəsindən gələ biləcəksiniz. Əlverişli şəraitdən yararlanmağı bacarın. Şansı əldən verməyin. İntuisiyanıza güvənə bilərsiniz. Dürüst addımlar atmağa çalışın. Günün ikinci yarısında çözümünü tələb edən məsələləri qulaqardına vurmayın. Zərərli vərdiş və ya adətlərdən birini unutmaq olar.

Dolça - Gündəlik işlər sizi yora bilər. Geri çəkilməyin. Əyləncə və ya istirahəti unudun. Təcili həllini tələb edən məsələlər var. Yaxınlarınız və qohumlarınız xüsusi diqqət tələb edəcəklər. Onlar sizi uğurları ilə sevindirəcəklər. Axşam saatları problemlər və qayğılar vəd edir. Verdiyiniz vədləri, öhdəlikləri unutmayın.

Balıqlar - Əlverişli gün deyil. Dəyərli heç nə tapa bilməyəcəksiniz. Cari işlərlə məşğul olun. Yaşlı qohumlardan birinə baş çəkmək olar. Mübahisə yarada bilən mövzulardan uzaq durun, yoxsa, güclü emosional diskomfort hiss edəcəksiniz. Dəyər verdiyiniz insanları sürəkli tənqid etməyin. İradlar ağır, sərt olmamalıdır.

BAKU.WS