SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS şənbə gününün qoroskopunu təqdim edir:

Qoç - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür. Fikir və mövqelərinizi aqressiv şəkildə açıqlamağa tələsməyin. Yaxın ətrafınızdakı insanlar radikal mövqeyinizi bölüşməyəcəklər.

Buğa - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Situasiyanı sonadək araşdırın. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün. Yaxınlarınızın haqsız iradları ilə razılaşmaq çox çətindir. Ailədəki ab-havaya fikir verin, güzəşt edin.

Əkizlər - Diqqət tələb edən gündür. Fəaliyyətinizlə bağlı önəmli məsələlər həllini tələb edir. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər. Təmkinli, diplomatik, səbrli olun. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Kiçik bir səhv həyatınızı dəyişə bilər. Həm işdə, həm də evdə münasibətlərdə təmkinlik nümayiş etdirin.

Xərçəng - Hormoniya və uğur vəd edən gündür. Hətta sizə rəğbət bəsləməyən insanlarla dil tapa biləcəksiniz. Yaradıcılıq fəaliyyəti ilə məşğulsunuzsa, irəliləyiş olacaq. Ailənin bütün üzvləri ilə bağlı planların müzakirəsi və həyata keçirilməsi üçün yaxşı zamandır. Ehtiyatlı olun. Ən xırda, mənasız saydığınız təfərrüata da fikir verin. Gərgin günün ardından yaxşı istirahət etsəniz, pis olmaz.

Şir - Məhsuldar gündür. Bəxt üzünüzə güləcək. Kollektivdə sizə ağır iş həvalə ediləcək və siz bu işin öhdəsindən ustalıqla gələcəksiz. Ünsiyyət, danışıqlar, təhsil və səfər üçün münasib zamandır. Günün birinci yarısında xoş xəbərlər sizi sevindirəcək. Can atdığınız məqsədə çatmaq üçün var gücünüzlə çalışın. Sizə təzyiq etmək istəyənlərin qarşısını alın. 

Qız - Gərgin gündür, əhvalınızın pisləşməsini istəmirsizsə, bu gün aktivlik nümayiş etdirməyin. Ehtiyatlı və sayıq olun. İintriqanın qurbanına çevrilə bilərsiniz. Ən yaxın bildiyiniz insanlar sizi çətinliklə anlayacaq. Onları başa düşməyə çalışın. Yaranan problemləri ürəyinizə salmayın. Bu gün yaşadıqlarınız sizə həyat təcrübəsi qazandıracaq. .

Tərəzi - Gün uğurlu başlanacaq. Tənbəl olmayın. Bütün diqqətinizi karyera və işgüzar fəaliyyətinizə yönəltsəniz, qarşınızda yeni qapılar açılacaq. Faydalı tanışlıqlar yaratmaq, mövqelərinizi möhkəmləndirmək yaranacaq. Yeni tanışlarla ünsiyyət sizdə pozitiv əhval-ruhiyyə yaradacaq. Axşam saatlarını istirahətə həsr edin.

Əqrəb - Günün ilk yarısı uğurlu olacaq. Planlarınızı reallaşdırın, başladığınız işləri başa vurun. Vaxtınızı hədər yerə sərf etməyin, çünki saatlar keçdikcə mənfi təmayüllərin təsiri güclənəcək. Enerji resurslarınız isə tükənməyə başlayır. Əlverişli və yaxşı gündür. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir.

Oxatan - Çətin gün təəssüratı bağışlasa da, bütün hallarda qalibsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun. Diqqətli olun, həmkarlarınıza verdiyiniz vədlər, əldə etdiyiniz razılaşmalar yaddan çıxa bilər.

Oğlaq - Təzadlı gündür. Günün ilk yarısı uğursuz olacaq. Yaxın insanlarla problemlər yaranacaq. Sərt və aqressiv davranmayın. Maliyyə çətinlikləri, planlaşdırılmamış xərclər istsina deyil. Yaxın ətrafınızdakı insanların əməllərinə görə məsuliyyəti boynunuza götürməyin. Ailə üzvlərinizin problemlərini həll edin. Səhhətinizə fikir verin. 

Dolça - Ümidsiz gün deyil. Xoşagəlməz, arzuolunmaz vəziyyətlər yaransa da, hər şey uğurla nətilənəcək. Şübhəli biznes layihələrə qatılmaq, pul yatırmaq məsləhət deyil. Planlaşdırılmamış gəlir istisna deyil. Əldə etdiyiniz pulu israf etməyin. İntuisiyanıza güvənin. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin.

Balıqlar - Məhsuldar gündür. Qətiyyət və əzm olmadan ciddi uğur əldə etməyəcəksiniz. İlkin işgüzar danışıqlar aparmaq, iş yerinin dəyişdirilməsi ilə bağlı məsələləri müzakirə etmək olar. Qərar verməyə tələsməyin. Şəxsi həyatınızda dəyişikliklərə səbəb ola biləcək məlumat alacaqsınız. Gün ümumən uğurlu olsa da, kiçik problemlər, anlaşılmazlıqlar və uğursuz təsadüflər əhvalınızı korlaya bilər. Nikbin olun, ruhdan düşməyin. Çətinliklər müvəqqətidir.

BAKU.WS