SİZİN REKLAM BURADA!
055 213 76 73



Zərdab rayon sakini heç bir hazırlığa getmədən, özü hazırlaşaraq universitetə daxil olub.

BAKU.WS
xəbər verir ki, Zərdab rayonu, Gəlmə kənd sakini Oruc Osmanov universitetə daxil olub.
Bu barədə abituriyentin atası Qarabağ müharibəsi veteranı Sakit İlyas oğlu Osmanovun BAKU.WS-ə xəbər verib.

"Oğlum Oruc Osmanov müəllim yanına hazırlığa getmədən, özü hazırlaşaraq Mingəçevir Dövlət Universitetinin Maliyyə fakültəsinə daxil olub”, - deyə S.Osmanov bildirib.


Lakin maddi problemlər yaşayan ailənin övladı illik təhsil haqqını ödəyə bilmir:

“İmkansızlıq ucbatından oğlumun 1200 manat təhsil xərcini ödəyə bilmirəm. Hazırda heç bir yerdə işləmirəm və müharibə veteranı kimi ayda cəmi 55 manat müavinət alıram. Kiminsə həyətində iş olanda gedib işləyirəm, aldığım günəmuzd pulla ailəmi dolandırmağa çalışıram. Mənim ali təhsilim yoxdur, oğlum çəkdiyim əziyyətləri görüb həmişə deyirdiki "ata, ali təhsil alıb, işləyib səni bu çətinliklərdən xilas edəcəyəm". İndi 1200 manat təhsil xərcini ödəyə bilmədiyim üçün oğlumun ali təhsil almaq, valideynlərini sevindirmək arzusu ürəyində qala bilər”.

Cavid Babayev
BAKU.WS