SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS cümə gününün - 24 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gün gözlədiyinizdən də uğurlu olacaq. Güvənmədiyiniz işlərdə uğur əldə edəcəksiz. İşdə yaranan fikir ayrılıqlarını aradan qaldıracaqsız. Peşəkar mövqeyinizi möhkəmləndirəcəksiz. Gəlirlər, gəlir mənbələri arta bilər. Bədxərclik etməsəniz, alış-veriş üçün əlverişli gündür.

Buğa - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün.

Əkizlər - Gün uğurlu alınacaq. İşgüzar danışıqlar məhsuldar olacaq. Nüfuzlu bir insan sizin bir sıra prolemlərinizi həll edəcək. Şəxsi münasibətlər baxımından da əlverişli zamandır. Bunda istifadə edib, keçmişdə buraxdığınız səhvləri düzəldin, münasibətləri yaxşılaşdırın.

Xərçəng - Peşəkar müstəvidə gözlənilməz təkliflər alacaqsınız. Daha perspektivli, yüksək maaşlı iş axtarırsız. İş yerinizi dəyişmək barədə düşünə bilərsiniz. İdeya və fikirlərinizi reallaşdırmaq istəyirsizsə, cəsarətli olun.

Qız - Bütün münasibətlərdə maksimum diqqətli olun. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər.

Şir - Şanslı gündür. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çatacaqsınız. Çevrənizdəki insanlar da sizi gözəl anlayır, rəğbət bəsləyirlər. Günün energetikasından səmərəli istifadə edin. Şəxsi və işgüzar məsələləri qaydasına salın.

Tərəzi - Çətin gün təəssüratı bağışlasa da, bütün hallarda qalibsiniz. Qələbəyə özünüz də təəccüblənəcəksiniz. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün maksimum səy göstərin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun.

Əqrəb - Bu gün nümayiş etdirdiyiniz inadkarlığa görə ulduzlar yaxın vaxtlarda sizi mükafatlandıracaqlar. İşgüzar mühitdə gərginlik yarana bilər. Səbəbləri özünüzdə arayın. Nikbin olun. Həyatın ağ və qara zolaqlardan ibarət olduğunu unutmayın. İstənilən halda düşünülməmiş addımlar atmayın.

Oxatan - Tezliklə qarşınızda yeni qapılar açacaq əməkdaşlığın başlanması mümkündür. Peşəkar fəaliyyətinizdə diqqətli və sayıq olun. Ətrafdakılara hiyləgər insan təsiri bağışlayacaqsız, amma belə etməsəniz, həlli mümkün olmayan problemlərlə üz-üzə qala bilərsiz.

Oğlaq - Şanslı gündür. Təkcə gəlirlərinizi artırmaq və faydalı sövdələşmələr əldə etmək olar: peşəkarlıq intuisiyanız sizi yanıltmayacaq. Daha maraqlı və yüksək maaşlı işə keçə bilərsiniz. Şəxsi həyatınızda ciddi dəyişikliklər gözlənilmir. Valideynləriniz sizin davranışlarınızdan narazı qala bilərlər.

Dolça - Əlverişli və rahat gündür. Xırda məsələlərə görə narahat olmayın. Problemləri həll etmək mümkündür. Yaşamınızda ciddi dəyişikliklər dövrü çatıb. Yeni iş yeri aramaq və ya məqsədlərə çatmaq üçün yeni planlar qurmaq olar. Axşam saatları sakit və xoş keçəcək.

Balıqlar - Yaxşı gündür. Peşəkar fəaliyyət müstəvisində uğur əldə edə bilərsiniz. Ən yaxşı məziyyətlərinizi göstərin, bacarıqlarınızı nümayiş etdirin. Yaradıcılıqla məşğul olmaq mümkündür. Günün ikinci yarısında məşğul olacağınız iş uğurla müvəffəqiyyətlə yanaşı, müsbət emosiyalar da vəd edir. 

BAKU.WS