BAKU.WS günün - 22 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Gün uğurla başlayacaq. Maliyyə uğurları gözlənilir. Lakin planlaşdırılmamış xərclər istsina deyil. Yaxınlarınızın əməllərinə görə cavabdeh deyilsiz. Lakin ailə üzvlərinizin problemlərini həll edin. Axşam saatlarında kiçik hədiyyələr, xoş sürprizlər ola bilər. Yaşlı qohumlarla münasibətlərdə problemlər yarana bilər.

Buğa - Diqqət tələb edən gündür. Hadisələri özbaşına buraxmayın, hər bir işdə qaydaya nəzarət edin. İşlərə məsuliyyətli yanaşın, amma şəxsi münasibətləri də unutmayın. İtirilmiş hissləri geri qaytarmaq niyyəti yarana bilər. Mübahisə etməyin, münasibətlərə aydınlıq gətirməyin zamanı deyil.

Əkizlər - İradə və qətiyyət tələb edən gündür. Bu gün onlar olmadan ciddi uğur əldə etməyəcəksiniz. Planlarınızı dəyişdirəcək məlumat alacaqsınız. Ulduzlar sizə nikbin olmağı məsləhət görür. İşgüzar danışıqlar, iş yerinin dəyişdirilməsi ilə bağlı yekun qərar qəbul etməyə tələsməyin.

Xərçəng - Çox aktiv gündür. Siyasi və ictimai prolseslərə maraq arta bilər. Ədalət uğrunda mübarizədə güclü rəqiblə qarşılaşsanız da, geri çəkilməyin. İşdə və evdə münaqişə istisna deyil. Problemin ciddiləşməsinə imkan verməyin, səmimi və soyuqqanlı olun.

Şir - Zehni və emosional yük tələb etməyən işlərlə məşğul olun. Bu gün enerjinizin səviyyəsi çox aşağıdır. Ən yaxşısı, işgüzar görüşləri təxirə salın. Şəxsi məsələlərdə diqqətli davranın. Dəyər verdiyiniz insanı anlamağa çalışın.

Qız - Bu gün istədiyinizdən artıq güzəştə getməli olacaqsınız. Hadisələrə təsir imkanı çox azdır. Əməllərdə yox, alınan xəbərlərin təhlilində aktiv olun. Maddi məsələlərdə problem yarana bilər. Borc verməyin. Münasibətləri aydınaşdırmağa çalışsanız, münaqişə yarana bilər.

Tərəzi - Bu gün uzun zamandır sizi çox maraqlandıran suallara cavab tapmaq imkanı əldə edəcəksiz və bir çox qaranlıq məqamlara aydınlıq gətirəcəksiz. Dostlarla görüşün, qonaq gedin və ya qonaq qəbul edin. Şəxsi münasibətlərdə qısqanclıq üçün səbəb yaratmayın. Əks təqdirdə başağrısı olacaq.

Əqrəb - İşdə uğur qazanacaqsız. Şəxsi münasibətlər müstəvisində isə ambisiyalarınız böyük olmasın. Emosional fonunuz stabil deyil. Əhvalınız heç bir səbəb olmadan dəyişə bilər. Ətrafınızdakı insanlar davranışızı anlamayacaqlar. Yaxşı tanımadığınız insanlarla ünsiyyətdə çəkinin. Aldığınız təklifləri diqqətlə analiz edin. Sizə önəmli olan insanlardan axşam saatlarında xoş xəbər alacaqsınız.

Oxatan - Günün ilk yarısında səyahətə yollanmaq, yola çıxmaq olar. Yeni yerlər yeni təəssüratlar vəd edir. Yaxın ətrafınızdakı insanların istəklərini anlayın, onları qayğılandıran məsələləri görməyə çalışın. Günün ikinci yarısında yeni təmaslar, danışıqlar və görüşlər olacaq. Rasionunuza fikir verin. Səhhətinizə ziyan vuracaq həddə çatası addımlar atmayın.

Oğlaq - Yaradıcılıq fəaliyyəti üçün yaxşı gündür. Ünsiyyətdə aktiv olun. Kommunikativ imkanlarınızı artırsanız, yeni dostlar qazana bilərsiniz. Qətiyyət və iradə məhsuldar nəticələr verə bilər. Macəra axtarışları, sərgüzəşt istəkləri ailə üzvlərinizlə aranızda problemlər yarada bilər. Romantik hisslərə aldanmayın. Sizdən sui-istifadə etmək istəyən var. Yalanlara inanmayın.

Dolça - Qarşınıza qoyduğunuz məqsədə sürətlə irəliləmək üçün yaranmış situasiyadan istifadə edin. Sosial statusunuzu yüksəldin, gərəkli insanlarla ünsiyyəti aktivləşdirin. Günün ikinci yarısında problemlərin həllində sayıq olun. Yenilənmə pis deyil. Axşam saatları dostlarla görüş, yeni ideyaların müzakirəsi üçün əlverişlidir. Romantik təmaslar istəyi varsa, tələsməyin.

Balıqlar - Maraqlı ideyalardan birini reallaşdırmaq üçün əlverişli zamandır. İş yerlərində həmkarlarınızla kobud danışmayın, rəhbərliyin göstərişlərini yerinə yetirməyə çalışın. Axşam saatlarına yaxın əhvalınız pisləşə bilər. Xroniki ağrıların kəskinləşməsi istisna deyil. Romantik görüş və ya insanların gur olduğu tədbir üçün yaxşı zaman deyil.

BAKU.WS