SİZİN REKLAM BURADA!
055 213 76 73



Sosial şəbəkədə Avstriyanın xarici işlər naziri Karin Knayslın avstriyalı biznesmen Volfqanq Maylinqerlə toy məclisindən görüntülər yayılmağa başlayıb. 

BAKU.WS-in məlumatına görə, mərasimdə Avstriya XİN-nin rəhbərinin şəxsi dəvəti ilə Rusiya prezidenti Vladimir Putin də iştirak edirdi. 

Məclidə iştirak edən Rusiya prezidenti gəlinə qədim yağ hazırlayan qurğu, samovar və kənd mənzərəsi olan şəkil hədiyyə edib.

Bununla yanaşı, Putin Karin Knaysla rəqs edib və bu görüntülər sosial şəbəkələrdə böyük marağa səbəb olub. 

Sözügedən kadrlar Avropada müzakirələrin yaranmasına gətirib çıxarıb. Putinin Avstriyada bu cür qarşılanması Avropa ölkələrində böyük reaksiya yaradıb. Sanksiyalar tətbiq edilən Rusiyanın prezidentinə qarşı isti münasibət Avropa ölklərində birmənalı qarşılanmayıb. 

Abbas
BAKU.WS