SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS çərşənbə axşamının - 21 avqust tarixinin qoroskopunu təqdim edir:

Qoç - Diqqət mərkəzində olacaqsız. Nöqsanlarınız gözə çarpacaq. Ailə üzvlərindən biri ilə münasibətlərdə çətinliklər yaranacaq. Dediklərinizə çox sərt reaksiya veriləcək. Tənqidlər sizi ruhdan salmasın. Yaşananlar ötəri xarakterlidir. Səhhətinizi düşünün.

Buğa - Bütün münasibətlərdə maksimum diqqətli olun. Şəxsi və işgüzar müstəvidə baş verən narazılıqları diplomatik qabiliyyətinizi işə salıb, yoluna qoyun. Münasibətləri indi düzəltməsəniz, uzunmüddətli münaqişəyə çevrilə bilər.

Əkizlər - Şanslı gündür. Qarşınıza qoyduğunuz məqsədə asanlıqla çatacaqsınız. Çevrənizdəki insanlar da sizi gözəl anlayır, rəğbət bəsləyirlər. Günün energetikasından səmərəli istifadə edin. Şəxsi və işgüzar məsələləri qaydasına salın.

Xərçəng - Fəaliyyətinizdə problemlər yaranarsa, narahat olmayın. Yeni perspektivlər aşkarlanacaq. Axşam saatları romantik münasibətlər vəd edir. Aktiv olun. Sevdiyiniz insana sizin üçün dəyərli olduğunu bildirməyin zamanı gəlib çıxıb. Yaxın gələcəklə bu addımınızın xoş nəticəsini görəcəksiz.

Şir - Diqqətli olun. Yaşanan olayları həssaslıqla izləyin. Hər bir xırda məqamı araşdırın. Bu günün kiçik səhvi sabahın böyük problemini yarada bilər. Qətiyyətli olun. Əzmkar insan təsiri bağışlayın. Anlaşmalarda şərtlərlə diqqətlə tanış olun. Maliyyə və əmlak sənədlərində səhvlərə yol verməyin.

Qız - Sabit gündür. Buna baxmayaraq, hadisələrin axarından bixəbər qalmayın. Gərəkli informasiyanı, aradığınız məlumatı dostlardan ala bilərsiniz. Yeni layihənin reallaşdırılması üçün yaxşı imkanlar yaranır. Peşəkar məziyyətlərinizi gücləndirin.Axşam saatlarında normal istirahət edin.

Tərəzi - Bu gün borc verməyin. Köhnə borclar və vədlər sizi narahat edəcək. Mənəvi və maddi borcların qaytarılmasının zamanı gəlib çatıb. Sizi maraqlandıran məsələlərdə inadkar olun. Mühüm sənədlərin yenidən hazırlanması üçün əlverişli zamandır. Doğmalarınızla mübahisə etməyin, bir az anlayışlı davranın.

Əqrəb - Şəxsi münasibətlərdə harmoniyaya üstünlük verin. Sevdiyiniz insanla münasibətləri gərginləşdirməyin. İşgüzar münasibətlər isə qətiyyətli davranmanız məsləhət görülür. Gəlir şanslarından yararlanın. Önəmli məsələni qulaqardına vuraraq ikinci dərəcəli problemlərin həllinə başlamayın. Müzakirələr və diskussiyalar üçün əlverişli zaman axşam saatlarıdır.

Oxatan - Səhər saatlarından etibarən gərgin dönəm başlanacaq. Önəmli işləri sürətlə həll edin. Enerji və qüvvənizdən yararlanın. Süst, ətalətli olmayın. Bəzi işlərdə çətinliklər yaranacaq. Ruhdan düşməyin, geri çəkilməyin. Yaşayış yerinin dəyişdirilməsi və ya köçlə bağlı planları təxirə salın.

Oğlaq - Çətin gündür. Hər şeyə rəğmən nikbin olun. Unutmayın, xoşbəxt anlar kimi bütün çətinliklər də müvəqqətidir. Ruhdan düşməyin. Yaşananları növbəti sınaq kimi qəbul edin. Önəmsiz işləri təxirə də salmaq olar. Amma zahirən mənasız, əslində ciddi məqamı nəzərdən qaçırsanız, bu nüans sonradan işlərinizdə əhəmiyyətli əngəllər yaradacaq. 

Dolça - Fəaliyyətinizlə bağlı önəmli məsələlər həllini tələb edir. Layihələri yarımçıq qoymayın. Etibar etdiyiniz, inandığınız insanlarla işləməyə üstünlük verin. Maliyyə məsələlərində çətinliklər yarana bilər. Yaxınlarınızın problemləri ilə maraqlanın. Təmkinli, diplomatik, səbrli olun. Axşam saatlarını dəyər verdiyiniz insanlara həsr edin.

Balıqlar - Sürprizlərlə zəngin gündür. Hadisələr spontan inkişaf edəcək, bəzi məqamlarda isə problemlərin sayı artacaq. Günün ikinci yarısında kənardan müdaxilə və ya təsir planlarınızı alt-üst edə bilər. Ruhdan düşməyin. Peşəkar biliklərinizi və təcrübənizi artırın. Axşam saatlarında normal istirahət edin.

BAKU.WS