VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


BAKU.WS günün ulduz falını təqdim edir:

Qoç - Təzadlı gündür, ilk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ilk yarısı sürprizlərlə zəngin olacaq. ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.

Buğa - Enerjili gündür. Səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin.

Əkizlər - Uğurlu gündür. Əlinizə bəzi şanslar və imkanlar düşəcək. Ayıq olun və bu şanslardan maksimum yararlanın. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Günün ikinci yarısında dəyər verdiyiniz insanın təkliflərini diqqətlə dinləyin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

Xərçəng - Çətin gündür. Yalnız qətiyyət sayəsində uğur qazana bilərsiniz. Nüfuzlu tanışınızın dəstəyi sizi çətin durumdan xilas edəcək.
Maliyyə məsələlərində məntiqli davranın. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər gözlənilməz olsa da, uzunmüddətli olacaq və sizə xeyir gətirəcək.

Şir - Münasibətlərdə qeyri-formal motivlər güclənəcək. Kommunikasiyaları aktivləşdirin. İdeyalarınızı paylaşın, son xəbərləri öyrənin. Genişmiqyaslı layihəni inkişaf etdirmək olar. Bilik və bacarıqlarınızı artırın. Dəyər verdiyiniz insanların qayğısına qalın.

Qız - Parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etməyiniz sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər.

Tərəzi - Məqsədə doğru qətiyyətlə addımlayın. Bu gün sizdə hər şey alınacaq. Çalışdığınız kollektivdə məhsuldar ab-hava varsa, sakit işləyin. Amma müti olmayın, mədəniyyətsiz insanın iradlarını aqressiya hesab edərək geri çəkilməyin. Korporativ ruh yaxşı nəsnə olsa da, mənəviyyat deyilən anlam var.

Əqrəb - Yeniliklərə hazır olun. Dəyər verdiyiniz insanlar mövqelərinizi bölüşsələr, sizi dəstəkləsələr, əhvalınız, təbii ki, yaxşılaşacaq. Novasiyalardan çəkinməyin. Bacarıqlarınızı maksimum dərəcədə reallaşdırmağa can atın.

Oğlaq - Sakit, işlərinizi bitirmək və iş danışıqları aparmaq üçün gözəl bir gündür. Heç hara tələsmək lazım deyil, düşdüyünüz vəziyyətlə bağlı bir xeyli fikirləşin. Siz çox yaxşı məsləhətlər verirsiz. Ətrafdakılar bunu görür və hər bir problemlərin həlli üçün sizə müraciət edirlər.

Dolça - Ailə və sevgi münasibətləri harmoniyalı olacaq. Sizin yaxın insanlarla yaxşı ünsiyyətiniz olacaq ki, bu da, əlbəttə, sizin əhvalınıza təsir edəcək. Çoxdan xoşunuza gələn insandan sizə xoş xəbər gələ bilər. Əlinizə pul gələ bilər.

Balıqlar - çalışın, heç kimə inanmayın. Bu gün sizin intiusiyanız sizi aldada bilər. Əsasən, bu proses yeni tanışlıqlar zamanı meydana çıxa bilər. Bu bürcün bəzi nümayəndələri yaxınları ilə ünsiyyətə məhdudiyyətlər qoya bilərlər. Bununla onlar əlavə söz-söhbətlərdən qaçmış olurlar.

BAKU.WS