SİZİN REKLAM BURADA!
055 213 76 73



Səudiyyə Ərəbistanının Həcc Məsələləri Nazirliyi ilk dəfə olaraq Məkkə və Mədinədə zəvvarların azyaşlı uşaqlarına qulluq edilməsi üçün xidmət istifadəyə verib.

BAKU.WS AZƏRTAC-a istinadən bildirir ki, nazirliyin məlumatına görə, uşaqlar üçün təhlükəsiz təhsil və əyləncə mühitinin yaradılması, habelə onların həcc günlərində böyük insan axınından qorunması məqsədilə azyaşlılar uşağa qulluq üzrə ixtisaslaşmış personalın nəzarəti altında olacaqlar.

Qeyd olunur ki, bu il ziyarət mövsümündə uşaqları Hicri təqvimi ilə zilhiccə ayının 7-dən 13-dək qəbul edəcəklər. Uşaq otaqları və bağçalarında işləyən tərbiyəçilər balacalarla beş dildə - ərəbcə, ingiliscə, fransızca, malayca və türkcə ünsiyyət quracaqlar.

BAKU.WS