SİZİN REKLAM BURADA!
055 213 76 73



BAKU.WS bu günün - 9 avqust tarixinin ulduz falını təqdim edir:

Qoç - Məhsuldar gündür. Bəxt üzünüzə güləcək. Kollektivdə sizə ağır iş həvalə ediləcək və siz bu işin öhdəsindən ustalıqla gələcəksiz. Missiya uğurla başa çatdıqdan sonra karyeranızda yüksəliş gözlənilir. Şəxsi həyatınız da hər şey qaydasındadır. Valideynlərinizi ziyarət edin, onlar sizin üçün darıxıblar.

Buğa - Diqqət tələb edən gündür. Ətrafınızda baş verən hadisələri diqqətlə izləyin. Kiçik bir səhv həyatınızı dəyişə bilər. Həm işdə, həm də evdə münasibətlərdə təmkinlik nümayiş etdirin. Ehtiyatlı olun. Ən xırda, mənasız saydığınız təfərrüata da fikir verin. Gərgin günün ardından yaxşı istirahət etsəniz, pis olmaz.

Əkizlər - Gün perspektiv vəd edir. Görüş, ünsiyyət, yazışma və müzakirələr üçün uğurlu zamandır. Təmasları saf-çürük edin, münasibətləri tənzimləyin. Diqqətinizə ehtiyacı olan insanlarla, xüsusilə də ailə üzvləri ilə aktiv təmasda olun. Səhhətinizə fikir verin. Həddən ziyadə çalışaraq özünüzü yormayın.

Xərçəng - Təmkinli və səbrli davranış bir sıra ağır situasiyalardan çıxış yolunu tapmağa təkan verəcək. Anlaşma, razılaşma və kompromislərə üstünlük verin. Enerjiniz və emosiyalarınız çoxdur. Bu səbəbdən də ünsiyyət çevrənizi axşam saatlarında yanlış seçməyin. Günün ikinci yarısında bəzi məsələlərdə gərginlik hiss olunacaq. Münasib şəraiti, əlverişli çevrəni seçin.

Şir - Ünsiyyət, danışıqlar, təhsil və səfər üçün münasib zamandır. Can atdığınız məqsədə çatmaq üçün var gücünüzlə çalışın. Yenidənqurmanı kosmetik prosedurla əvəzləməyin. Çoxdan tanıdığınız insanlarla işbirliyinə üstünlük verin. Lakin problemləri həllində əməkdaşlığın yeni vasitələrindən istifadə edin.

Qız - Situasiya uğurludur. Şərtlərdən yararlanın, durumu dəqiq qiymətləndirin. Yaşamınızdakı problemlərin bəzilərini həll etmək olar. Sürətlə irəliləmək üçün qüvvə toplayın. Çoxdan tanıdığınız insanlarla işbirliyinə üstünlük verin. Tanımadığınız məkanda, yaxud insanların gur olduğu yerdə istirahət etməyin.

Tərəzi - Səhər saatlarındakı qeyri-müəyyənlik nigaranlıq və təşviş hissləri yarada bilər. Ailə üzvlərinin qayğısına qalın, evdəki problemləri həll edin. Fəaliyyət sahənizi nizamlayın. Ehtiyat və imkanlarınızı yenidən dəyərləndirin. Sağlam məntiq çərçivəsində hərəkət edin. Durumun çətinliyini instiktiv olaraq anlayın.

Əqrəb - Pozitiv, sakit zamandır. Maliyyə maraqlarınızın təminatı ilə məşğul olun. Əməkdaşlığı genişləndirin. Hadisələrə təsir imkanlarına malik nüfuzlu şəxs sizə yardım edəcək. İndiyədək sizinlə normal davranan insanın qəflətən tərsliyi tuta bilər. Sizə təzyiq etmək istəyənlərin qarşısını alın.

Oxatan - Yaxşı gündür. İşgüzar sferada uğurlar istisna edilmir. Kollektiv fəaliyyətə üstünlük verin. Həmkarlarla münasibətlərdə yeni ideyalar yarana bilər. Ətrafınızdakı insanlar əməkdaşlığa hazırdırlar. Vəziyyətə nəzarət edin. Spontan hadisələrdən yararlanmağa çalışın. Söhbət əsnasında tələsməyin.

Oğlaq - Yaxın gələcəklə bağlı perspektivləri müəyyənləşdirin. Karyeranızla məşğul olun. Danışıqlar aparın, tərəfdaşlığı intensivləşdirin. Köhnə tərəfdaşlardan biri ilə yenidən işbirliyinə başlaya bilərsiz. Səbrli və təmkinli davransanız, səbəbsiz problemlər yaranmayacaq, yaxın ətrafınızdakı və kollektivdəki insanlarla ünsiyyəti yaxşılaşdıracaqsınız.

Dolça - Maraqlı gündür. Şanslardan faydalanın. Uğur xırda məsələlərin həllindədir. Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlara qarşı irad və tənqidlərin sayının artması münasibətləri korlaya bilər. Sürprizlərin, qəfil olayların yaşanma ehtimalı artır. Axşam saatları səfər, uzaq dostlarla təmaslar üçün əlverişlidir. 

Balıqlar - Gün aktivlik tələb edir. Qorxmayın, enerjiniz aşıb-daşır. Diqqət mərkəzində olmaqdan da çəkinməyin. Münasibətlərdə və əlaqələrdə sürprizlər də yarana bilər. Qeyri-adekvat addımlar atmayın. Yaşıdlarınız, həmkarlarınız və dostlarınızla təmaslarda yeni ideyalar yarana bilər. Yaxşı bələd olmadığınız məsələlərin müzakirəsinə qatılmayın.

BAKU.WS