SİZİN REKLAM BURADA!
055 213 76 73



Hər kəs sosial şəbəkələrdə videosu yayılan bu azərbaycanlı qızdan danışır. Söhbət Sumqayıt şəhərində yaşayan 9 yaşlı Gülay Fərzəliyevadan gedir. Onun at belində maşınla yarışa çıxdığı görüntülər şəbəklərdə izlənmə rekordu qırıb.

BAKU.WS
ARB TV-yə istinadən xəbər verir ki, hər kəsin marağına səbəb olan görüntülərin qəhrəmanını tapıb və onun bu addımının səbəblərini öyrənib.

“Mən atlarla nəfəs alıram. Atlar mənim ən yaxın dostumdur. İstəyirəm ki, yarışda iştirak edim”, - deyə At həvəskarı Gülay Fərzəliyeva bildirib.

Sumqayıtda yaşayan qızcığaz at çapmağı ilə hər kəsi heyran qoyub. O, 4 yaşından at çapır.

Balaca qızcığazın etdiyi hərəkətlər böyük maraq doğurur. O, istənilən atı rəqs elətdirə bilir. Üstəlik, onun at belində başıaşağı akrobatik hərəkətini görənlər təəccübünü gizlədə bilmirlər. Gülay, bu məharətini ARB telekanalı üçün də nümayiş etdirdi.

Gülay at çapmağı nə qədər çox sevsə də, heç də bütün vaxtını buna sərf etmir. O, həm də dərslərində yaxşı nəticələr göstərir. Gülayın böyük arzusu professional atçılıq yarışlarında iştirak etməkdir.

BAKU.WS