SİZİN REKLAM BURADA!
055 213 76 73



Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə stilist Samiraldo və digər şou-biznes nümayəndələrinin fəxri adlar istəməsindən danışıb.

BAKU.WS
xəbər verir ki, A.Əlizadə "ölkə.az"a açıqlamasında bildirib ki, fəxri adlar Sovet İttifaqı dövründən qalıb:

"Sovet dövründə fəxri adlar verilirdi, insanların maaşları artırdı, konsert proqramlarında qonarlar artırdı və sairə. İndi isə bunun heç bir mənası yoxdur. Bəzən baxırsan ki, 20 yaşında əxlaqsız bir qız toylara gedib pullar qazanır. Kimsə deyə bilərmi ki, ABŞ, Böyük Britaniyada xalq artisti və sairə fəxri adlar var? Qərbdə belə bir hallar mövcud deyil. Ona görə də fəxri adların verilməsini ləğv etmək lazımdır. Atalarımızın bir misalı var: "abır yoxdursa, oynamağa nə var!" İndi bu adamlarda abır yoxdursa, durub fəxri ad tələb etməyin heç bir mənası yoxdur".

Deputat deyib ki, Sovet İttifaqı dövründə xalq artisti fəxri adı Şövkət Ələkbərova kimi sənətkarlara verilib:
"Ancaq indi baxın görün ki, xalq artistdi kimlərə verilir. Heç birinə baxan yoxdur. O Samiraldonu heç tanımıram. Ümumiyyətlə, mən nə səhər yeməklərinə, nə də bayağı konsertlərə baxmıram. Telekanallarda yalnız xəbərlərə və siyasi verilişlərə baxıram".

Xatırladaq ki, məhşur stilist Samiraldo Unikal.org-a açıqlamasında fəxri ad almaq istədiyini bildirib:

"Mənim fəxri adımı öncə Allah verib ki, məni milyonlarla insana sevdirib. Mən onlarla filmlərdə rol almışam. Öz rolumu - Samiraldo obrazımı canlandırmışam. Hətta çox filmlərə çəkilməkdən imtina etmişəm. Guya, fəxri ad alanların çoxu buna layiqdir? Əminəm ki, dövlət də mənə fəxri ad verəcək. Niyə verməsinlər ki? Mən də Azərbaycan vətəndaşıyam. Mən insanların sevimli Samiraldosuyam. Niyə də olmasın?Allah məni son illər ərzində çox mükafatlandırdı.Əminəm ki, dövlət də məni yaxın zamanlarda fəxri adla mükafatlandıracaq".

BAKU.WS