VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda avtomobilin vuraraq öldürdüyü süpürgəçi ilə bağlı təfərrüatlar məlum olub.

BAKU.WS
“yenicag.az”a istinadən xəbər verir ki, Telli Babayeva Yasamal rayon 22 saylı mənzil-kommunal istismar sahəsinin işçisi olub. Səhər küçəni süpürərkən arxadan gələn maşın onu vurub.

Sözügedən qurumdan saytımıza bildirilib ki, qadın artıq dəfn olunub:

“Telli Babayeva səhər saatlarında küçəni süpürərkən, arxadan gələn maşın onu vurub. Elə yerindəcə canını tapşırıb. 60 yaşı vardı. Həyat yoldaşı rəhmətə gedib. Övladı da yox idi. Onu bacısı oğlu və doğmaları dəfn edib. Həddən artıq imkansız qadın idi, tək yaşayırdı. O qədər kasıb idi ki, heç bilmirik, yas mərasimi olacaq, ya yox. Bacısı oğluna zəng etdik ki, yas mərasiminə gedək, o, bizimlə sərt danışdı”.

BAKU.WS