BAKU.WS günün qoroskopunu təqdim edir:

Qoç - Qarışıq gündür. Vəd və öhdəlikləri unutmayın. Müstəqil fəaliyyət göstərin. Yaxın ətrafınızdakı insanlarla təmaslarda həlim, mehriban olun. Başqalarının mövqelərini nəzərə alın. Axşam saatlarında evdən kənarda dincəlmək olar.

Buğa - Enerjili gündür. Yaşam potensialının səviyyəsi yüksəkdir. Axşam saatlarında qəflətən yaranan problemlərdən biri sizi planlarda təcili dəyişikliyə vadar edəcək. Əsla maraqlanmadığınız işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Maliyyə itkiləri istisna deyil.

Əkizlər - Günün ikinci yarısında sizdən yardım istəyəcəklər. Eyni zamanda bilik və bacarıqlarınıza tələbat da artacaq. Qəfil tapşırıq, öhdəlik də istisna deyil. Sənədləşdirmələrdə, hesabatlarda diqqətli olun. Ailə üzvlərinizin səmimiyyət və qayğıya daha çox ehtiyacı var.

Xərçəng - Yaxınlarınızla münasibətlərdə anlaşılmazlıq, fikir ayrılıqları yarana bilər. Ünsiyyətdəki problemlər əhəmiyyətli deyil. Hər şeyi ürəyinizə salmayın. Günün ikinci yarısında maliyyə məsələlərini həll etmək əlverişli deyil. Axşam saatlarında səyahətə və ya səfərə yollanmaq olar. Yeni tanışlıqlar istisna deyil.

Şir - Sirlərinizi hamı ilə bölüşməyin. Faş olunmuş həqiqətlər zərərinizə işləyə bilər. Peşəkar fəaliyyət sahəsindəki tapşırıqların detalları barədə çox danışmayın.Günün ikinci yarısında yaxın gələcəklə bağlı planlarda zəruri dəyişikliklər edə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin.

Qız - Gün uğurludur. Səylə və iradə ilə çalışsanız, ciddi uğurlara nail ola bilərsiniz. Əməyinizin bəhrəsini görəcəksiniz. Günün ikinci yarısında səhhətinizdə problemlər yarana bilər. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin.

Tərəzi - Yeni sifarişçi və ya müştəri ilə təmaslar olacaq. Bilik və bacarıqlarınızdan maksimum səviyyədə yararlana biləcəyiniz şərait yaranacaq. Məsul tapşırıqlarda səhvlərə yol verməyin. Yeni təmaslar qurduğunuz insanla işbirliyini intensivləşdirin. Sınaqlara sinə gərin. Emosiyalara uymayın.

Əqrəb - Karyera və yaradıcılıq müstəvilərində yeni perspektivlər açılacaq. Əvvəlki problemlər və sədlər aktuallığını itirir. İrəliləyiş üçün yaxşı imkanlar var. Şəxsi münasibətlərinizdə harmoniyanın yaranmasını istəyirsinizsə, qarşı tərəfin maraqlarına qulaqardına vurmayın.

Oxatan - Karyera müstəvisində sürətlə irəliləməyin yollarını arayın. Gəlir mənbələrinin sayını çoxaldın. Cəsarətli, eyni zamanda iradəli olun.
Amma risk etməyin, məntiqsiz addımlar atmayın. Yaxın insanlarla münasibətlərdə əvvəlcədən bəlirlənmiş hədləri keçməyin. Onların fikir və mövqelərini nəzərə alın. Axşam saatlarında ailənizlə birlikdə istirahət edin.

Oğlaq - Təmkinli və səbirli olun. Yanlışlıqlar sizi işdən soyutmasın. Qarşınıza qoyduğunuz məqsədə çatmaq üçün var qüvvənizlə çalışın.Yeni tərəfdaşlıq, şəriklik və əməkdaşlıq imkanları yaranacaq. Risklərə qapılmayın. Avantüralardan uzaq durun. Axşam saatlarında stressdən qurtulun.

Dolça - Riskli işlərə başlamayın. Təcrübəli insanın məsləhətlərinə ehtiyacınız var. Tapşırıq və sifarişləri vaxtında yerinə yetirin, yoxsa fəaliyyətinizdə ağır fəsadlar yarada bilər. Günün ikinci yarısında təcrübəli şərikiniz mürəkkəb situasiyada sizə dəstək olacaq. Maliyyə məsələsində ehtiyatlı davranın.

Balıqlar - Günün ilk yarısı aktiv fəaliyyət üçün əlverişlidir. İşlərinizdə yeni perspektivlər görəcəksiniz. Günün ikinci yarısında yeni tanışlıqlar, şanslar və imkanlar istisna deyil. Qeyri-adi ideyanı dərhal rədd etməyin. Ailə üzvlərinin problemləri ilə maraqlanın.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ