SİZİN REKLAM BURADA!
055 213 76 73


BAKU.WS günün - 26 iyul tarixinin ulduz falını təqdim edir:

QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Qorxmayın, uğur sizinlədir.

BUĞA - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin.

ƏKİZLƏR - Sevdiyiniz işlə məşğul olmanız öz müsbət nəticəsini verəcək. Bu gün müdrik addımlar atacaqsız, bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmanıza böyük təkan verəcək. Xoş olmayan xəbər alacağınız ehtimal edilir. Bu da evdə kiçik mıişət problemi ilə bağlı olacaq.İstəklərinizi hər şeydən üstün tutmayın.

XƏRÇƏNG - Çox vaxt və böyük enerji tələb edən işlərin bir qismini ertələmək olar. Əsas məsələ mənəvi rahatlıqdır. Yaradıcılıqla məşğul olmaq, yaranan problemləri çözmək olar. Yaxınlarınızın qeydinə qalın. Amma başqalarının işlərini həll etməyə başlayaraq öz problemlərinizi unutmayın. Maraqlarınızı kimsəyə qurban verməyin.

ŞİR - Sirlərinizi hamı ilə bölüşməyin. Faş olunmuş həqiqətlərin bəziləri zərərinizə işləyə bilər. Yaxınlarınızla səmimi və açıq olun. Axşam saatlarını həmfikir və ya dostla müzakirələrdə keçirə bilərsiniz. Əməkdaşlığın yeni istiqamətlərini nəzərdən keçirin. Kəskin mübahisələrə başlamayın.

QIZ - Gün uğurlu olacaq. Həftə sonundan istirahət üçün maksimum istifadə edin. Ailədə fikir ayrılıqları istisna deyil. Sizi eqoizmdə, laqeydlikdə, yalnız öz maraqlarınızı düşünməkdə suçlayacaqlar. İmkan, qüvvə və potensialınızı olduğundan artıq dəyərləndirməyin. Axşam saatları fiziki iş və ya idmanla məşğul olsanız, özünüzü yormayın.

TƏRƏZİ - günün ilk yarısında ifrat səmimiyyət zərərinizə ola bilər. Münasibətlərdə birmənalı olmayan ifadələr işlətməyin, diqqətli olun, hiyləgərliyə əl atmayın. Bəzi şanslar və imkanları itirə bilərsiniz. Məsələn, məqsədə çatmaq üçün məkr, intriqa yararlı vasitə deyil. Günün ikinci yarısında mövcud situasiyaya uyğunlaşmağa çalışsanız ciddi uğurlar əldə edə bilərsiniz. Maliyyə məsələlərində məntiqli davranın. Xərcləriniz ifrata varmamalı, normal olmalıdır.

ƏQRƏB - yalnız entuziazm və qətiyyət sayəsində uğur qazana bilərsiniz. Hətta şərait imkan verməsə belə, siz məqsədinizə doğru gedir və hamının təəccübünə rəğmən, ona çatırsınız. Nüfuzlu bir şəxin dəstəyini qazana bilərsiniz. Maraqlı tanışlıqlar mümkündür. Bu gün başlanan münasibətlər sizin üçün gözlənilməz olan bir məcrada davam edəcək. İntuisiyanıza güvənin, necə hərəkət etmək lazım olduğunu daxili səsinizə etibar edin. Axşam dəyərli hədiyyə ala bilərsiniz.

OXATAN - sirlərinizi bölüşməyə, niyyətinizi yaxın ətrafınızdakı insanlara söyləməyə tələsməyin. Tənqidə adekvat reaksiya verin. Başqasının işlərinə görə məsuliyyəti boynunuza almayın. Günün ikinci yarısında yaxşı tanımadığınız insanın israrlı təkliflərinə aldanmayın. Vəzifə səlahiyyətlərinizi, verilən tapşırıqları vaxtında yerinə yetirin. Rəhbərliyi qəzəbləndirəcək addımlar atmayın. Yaxınlarınız və qohumlaınızla münasibətləri kəskinləşdirməyin. Axşam saatlarında stressdən qurtulun.

OĞLAQ - parlaq, yaddaqalan, maraqlı hadisələrlə dolu gündür. İşləriniz artır, gərginlik çoxalır, amma bunların heç biri sizi tamamilə qorxutmur. Cəld hərəkət etmək və ani anda vacib qərarlar qəbul etmək kimi xüsusiyyətləriniz bədxahlarınız qarşısınıda sizə böyük üstünlük qazandırır. Həm işdə, həm şəxsi həyatınızda ciddi dəyişikliklər mümkündür. Maraqlı təklif ala bilərsiniz, onları qəbul etməyə dəyər. Günün ikinci yarısı qəfil qonağınız gələ bilər, onların gəlişinə xeyli sevinəcəksiniz.

DOLÇA - günün ilk yarısından etibarən neqativ hisslər sizi çulğamasın. Mənfi işlər və pis insanlar barədə nə qədər çox düşünsəniz yaşamınıza bir o qədər problemlər əlavə edəcəksiniz. Nikbin olun, məqsədə doğru aparan yoldan sapmayın. Günün ikinci yarısında fiziki və ya mənəvi diskomfort hiss etsəniz, aktivliyi bir qədər azaldın. Mənasız söhbətlərdən, yaramaz insanlardan uzaq durun. Sizə qarşı məkrlə davranan şəxslərin planlarını sürətlə aşkarlamağa çalışın. Axşam saatlarını özünüzə həsr edin.

BALIQLAR - ehtiyacınız olan dəstəyi vaxtında alacaq və onun sayəsində bir çox problemlərinizin öhdəsindən gələcəksiniz. Ağlınızı işlədərək cari məsələlərin öhdəsindən tez gəlməyin yolunu tapa bilərsiniz. Belədə, yeni ideyalarınızın gerçəkləşdirilməsinə də vaxt qalar. İşgüzar görüşlər uzansa da, istədiyinizə çata bilərsiniz. Şəxsi münasibətlərdə təşəbbüs göstərin, arzu və gözləntiləriniz barədə açıq danışın. Başqalarının işlərinə qarışmaqdan çəkinməyin - bu, yalnız hamının xeyrinə olar. Günün ikinci yarısı uğurlu alış-veriş edə bilərsiniz.

BAKU.WS