BAKU.WS günün - 24 iyul tarixinin ulduz falını təqdim edir:

QOÇ - Gərgin gündür. Rəqibləri geridə qoymaq üçün diqqətli olun. Günün ilk yarısı məhsuldardır. Qarşınıza konkret məqsəd qoysanız, bir sıra problemləri çətinlik çəkmədən həll edə bilərsiniz. Günün ikinci yarısında şübhələrə əsir düşərək addımlarınızı yavaşıtmayın. Qorxmayın, uğur sizinlədir.

BUĞA - Qarışıq gündür. Eyni vaxtda bir neçə işlə məşğul olmaq məcburiyyətində qalacaqsız. Həftə sonu olduğunu unutmayın, özünüzü çox yükləməyin. Günün ikinci yarısında seçimdə yanılmayın. Yazışmalarda passiv davranmayın. Hadisələrə təsir imkanlarına malik insanların məsləhətlərini dinləyin. 

ƏKİZLƏR - Sevdiyiniz işlə məşğul olmanız öz müsbət nəticəsini verəcək. Bu gün müdrik addımlar atacaqsız, bu, qarşınıza qoyduğunuz məqsədlərə çatmanıza böyük təkan verəcək. Xoş olmayan xəbər alacağınız ehtimal edilir. Bu da evdə kiçik mıişət problemi ilə bağlı olacaq.İstəklərinizi hər şeydən üstün tutmayın.

XƏRÇƏNG - Yaxşı gündür. Uirgə fəaliyyət üçün əlverişli zamandır. Kollektiv işdə rolları bölüşdürün, kimin hansı işlə məşğul olacağını müəyyənləşdirin. Ən ağır problemi əldir şəkildə çözmək olar. Bilik və bacarıqlarınızı mümkün qədər artırmağa can atın. Ayıq olun ki, rəqiblər sizi keçməsin. Sevdiyiniz insanın qədrini bilin. Dəyərli şəxslərlə əlaqə saxlayın.

ŞİR - Düşərli gündür. Hədəfləri yeniləmək, məqsədi dəyişmək olar. Ən yaxşısını əldə etmək sizin hüququnuzdur. Passiv olmayın, kiminsə kölgəsində qalmağı ən təhlükəsiz variant hesab etməyin. İstedadınızdan - əgər varsa - bəhrələnin. Günün ikinci yarısı karyera baxımından yeni imkanlar və münasib perspektivlər vəd edir. Yaxın ətrafınızdakı adamlarla səmimi olun. Danışmaqdan daha çox, dinləyin. Eqoist insan təsiri bağışlamayın.

OXATAN - Təzadlı gündür, ilk baxışda yaranan təəssürat sizi yanıltmasın. Günün ilk yarısı sürprizlərlə zəngin olacaq. ikinci yarısında müzakirə edilən mövzudan kənarlaşmağın ən yaxşı yolu soyuqqanlı davranışdır. Maraqlarınızı qoruyarkən qətiyyətli olun. Mənafeyinizi başqalarının istəyinə qurban verməyin.

OĞLAQ - Enerjili gündür. Səhər saatlarından etibarən işlərinizdə aktiv olun. Ani çətinliklər sizi yolunuzdan sapdırmasın. Məqsədə çatmaq üçün əzmlə çalışın, irəliləyişlərə nail olun. Xırdalıqlara və təfərrüatlara diqqət yetirin.Günün ikinci yarısında önəmli məsələ ilə bağlı qərar verməyə tələsməyin.

DOLÇA - Harmoniya müşahidə olunan gündür. Həddən artıq mürəkkəb layihəyə başlamaq məsləhət deyil. Nə ilə məşğul olacağınızı bilmirsinizsə, intuisiyanıza güvənin. Sevdiyiniz işlə məşğul olun. Günün ikinci yarısında seçim zərurəti yaranacaq. Emosiyaların təsiri altında qərar qəbul etməyin. Boş yerə sinirlənməyin, mənasız insanlarla mübahisə etməyin.

BALIQLAR - Həftənin ilk iş günü olmasına baxmayaraq, oduqca pozitiv gündür. Bu gün sizi sevən insanlarla əhatələnəcəksiz. İşgüzar və şəxsi görüşlər uğurla nəticələnəcək. Hərəkətlərinizə görə cavabdehlik daşıyacaqsız. Səsli-küylü içki məclislərindən uzaq olun. Günün ikinci yarısı enerjiniz azalacaq. Axşam saatlarını istirahətə həsr edin.

BAKU.WS


TƏCİLİ KREDİT SİFARİŞLƏRİ