SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş azyaşlı tapılıb.

BAKU.WS Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, Novruzov İsmayıl Elçin oğlu axtarışların aparıldığı ərazidə sağ-salamat tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, ötən gün Nabranda istirahət mərkəzlərinin birində azyaşlı uşaq itib. Daha ətraflı “Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq yoxa çıxdı: FHN ayağa qalxdı – FOTO” adlı xəbərdən oxuya bilərsiz.

VİDEO: Azxeber
BAKU.WS