SİZİN REKLAM BURADA!
055 213 76 73



İyulun 22-də Xaçmaz rayonunun Nabran qəsəbəsindəki istirahət mərkəzlərinin birinin ərazisində olarkən naməlum şəraitdə itkin düşmüş 2015-ci il təvəllüdlü Novruzov İsmayıl Elçin oğlunun axtarışlarına Fövqəladə Hallar Nazirliyi (FHN) Aviasiya dəstəsinin "Mi-17" helikopteri cəlb olunub.

BAKU.WS
Fövqəladə Hallar Nazirliyinin saytına istinadən bildirir ki, axtarışlar yaxınlıqdakı meşə ərazisində və dənizdə nazirliyin Şimal Regional Mərkəzinin, Mülki müdafiə qoşunlarının, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, Xüsusi Riskli Xilasetmə Xidmətinin şəxsi heyəti və xüsusi təlim keçmiş itləri cəlb olunmaqla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin kinoloqları və xüsusi təlim keçmiş itləri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə təsərrüfatı idarəsinin əməkdaşları və könüllülər də axtarışlarda iştirak edirlər.

Xatırladaq ki, ötən gün Nabranda istirahət mərkəzlərinin birində azyaşlı uşaq itib. Daha ətraflı “Nabranda istirahət mərkəzində 3 yaşlı uşaq yoxa çıxdı: FHN ayağa qalxdı – FOTO” adlı xəbərdən oxuya bilərsiz.

BAKU.WS