VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

  

Azərbaycan Respublikasına rəsmi səfərə gələn Türkiyə Respublikasının baş naziri Əhməd Davudoğlunun rəsmi qarşılanma mərasimi olub.
 
BAKU.WS-in məlumatına görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda baş nazir Əhməd Davudoğlunun şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Fəxri qarovul dəstəsinin rəisi prezident İlham Əliyevə raport verdi. Prezident İlham Əliyev Türkiyənin baş naziri Əhməd Davudoğlunu qarşıladı. Fəxri qarovul dəstəsinin rəisi Türkiyənin baş nazirinə raport verdi. Türkiyə Respublikasının və Azərbaycan Respublikasının dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev və baş nazir Əhməd Davudoğlu fəxri qarovul dəstəsinin qarşısından keçdilər. Türkiyənin baş naziri Azərbaycan əsgərlərini salamladı. Azərbaycan Respublikasının dövlət və hökumət nümayəndələri baş nazir Əhməd Davudoğluna, Türkiyənin nümayəndə heyətinin üzvləri prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında Azərbaycan prezidentinin və Türkiyə baş nazirinin qarşısından keçdi. 
 
BAKU.WS